11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

James Webb kainatin ən uzaq qalaktikasını aşkar edib

24 May 2025 12:00
James Webb kainatin ən uzaq qalaktikasını aşkar edib

BAKI, AzerVoice

James Webb Teleskopu kainatın ən uzaq qalaktikasını aşkar edib.

AzerVoice xəbər verir ki, James Webb Kosmik Teleskopu kainatın yaranmasından cəmi 280 milyon il sonra formalaşmış indiyə qədər məlum olan ən uzaq qalaktikanı müşahidə edib.

Yeni qalaktika "MoM-z14" adlandırılıb.

Bu kəşf Mirage (Möcüzə) spektroskopik tədqiqat proqramı çərçivəsində həyata keçirilib. Qalaktikanın qırmızı yerdəyişmə dəyəri z = 14,44 olaraq ölçülüb. Bu, işığın təxminən 13,5 milyard il əvvəl qalaktikadan yayıldığını göstərir.

Əvvəlki rekord z = 14,32 dəyəri ilə JADES-GS-z14-0 adlı qalaktikaya məxsus idi. Lakin MoM-z14 bu göstəricini geridə qoyaraq müşahidə edilə bilən kainatın sərhədlərini bir qədər də irəli çəkib.

MIT-in Kavli Astrofizika və Kosmos Tədqiqatları İnstitutunun tədqiqatçısı Rohan Naidu-nun rəhbərlik etdiyi araşdırmada bildirilir ki, bu qalaktika böyük partlayışdan sonrakı ilk ulduzların doğulduğu mərhələyə çox yaxın bir dövrdə formalaşıb. Spektroskopik analizlər göstərib ki, qalaktikadan gələn işıq əsasən ulduzlardan qaynaqlanır və burada aktiv qalaktik nüvənin – yəni superkütləli qara dəliklərin parıltısı müşahidə edilmir.

Bundan əlavə, qalaktikada müşahidə edilən yüksək azot-karbon nisbəti onun kimyəvi tərkibinin qədim qlobular çoxluqlarla oxşarlıq təşkil etdiyini göstərir. Tədqiqatçılar həmçinin MoM-z14 qalaktikasında yığcam və diffuz strukturların fərqli kimyəvi xüsusiyyətlərə malik olduğunu müəyyən ediblər ki, bu da morfologiya ilə kimya arasında əlaqəyə işarə edir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf erkən qalaktikaların təkamülü ilə bağlı elmi anlayışlara ciddi təsir göstərə bilər. Yaxın illərdə istifadəyə veriləcək yeni kosmik teleskoplar – o cümlədən Nensi Qreys Roman Kosmos Teleskopu – bu kimi qalaktikaların daha çoxunu aşkar etməyə imkan yaradacaq.

Məqalədə: #kosmos #James Webb teleskopu #Kainatın yaranma tarixi #Kainatda həyat #kosmosda həyat axtarışı #Kainatın yaşı və genişlənməsi #ən uzaq qalaktika #kainatın başlanğıcı #kosmos tədqiqatları 2025 #kainatın sərhədləri

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.