Günəş sisteminin kənarında 6 min ekzoplanet kəşf edilib
1992-ci ildə ilk dəfə bir pulsarın ətrafında iki planet aşkar edilmiş, 1995-ci ildə isə əsas sıra ulduzu ətrafında ilk ekzoplanet tapılmışdı. Sonrakı illərdə Kepler və TESS missiyaları ilə kəşflərin sayı sürətlə artdı. 2015-ci ildə Kepler-in mininci ekzoplaneti təsdiqlənmiş, 2016-cı ildə isə təkcə bir ildə təxminən 1500 yeni planet kəşf edilmişdi. 2022-ci ilin martında rəqəm 5 minə çatmışdı, 2025-ci ilin sentyabrına isə 6 min ekzoplanet qeydə alındı.
2032-ci il üçün yeni proqnoz- asteroidin Aya toqquşma riski artıb
NASA 2024 YR4 adlı asteroidin 2032-ci ildə Aya toqquşma ehtimalının 4,3 faizə yüksəldiyini açıqlayıb.