8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranın yeni Baş Qərargah rəisi də İsrail tərəfindən öldürülüb

İsrail ordusu İranın yeni təyin olunmuş Baş Qərargah rəisi general Əli Şadmanini hədəf alaraq öldürüb.

17 İyun 2025 11:12
İranın yeni Baş Qərargah rəisi də İsrail tərəfindən öldürülüb

BAKI, AzerVoice

İranın yeni Baş Qərargah rəisi Əli Şadmani öldürülüb.

AzerVoice xəbər verir ki, İsrail ordusu İranın yeni təyin olunmuş Baş Qərargah rəisi general Əli Şadmanini hədəf alaraq öldürüb.

Belə ki, İsrail ordusu İrandan atılan yeni raketləri aşkarladığını və hava hücumundan müdafiə sistemlərinin raketləri zərərsizləşdirmək üçün aktivləşdirildiyini açıqlayıb.

Ordunun bəyanatında əhalinin sığınacaqlara yönəldiyi və Daxili Cəbhə Komandanlığının təlimatlarına ciddi şəkildə əməl olunmasının vacibliyi qeyd olunub. İsrail mətbuatı ölkənin mərkəzi və şimal bölgələrində həyəcan siqnallarının səsləndiyini yazıb.

Son hücumlar zamanı İranın yeni Baş Qərargah rəisi Əli Şadmaninin də həlak olduğu bildirilib. Xatırladaq ki, əvvəlki Baş Qərargah rəisi də İsrailin hücumları zamanı ölmüşdü.

Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın bir sıra şəhərlərində yerləşən nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı genişmiqyaslı hava zərbələri endirib. Bu hücumlar nəticəsində İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və 9 nüvə alimi də daxil olmaqla çoxsaylı yüksək vəzifəli şəxs həlak olub. Rəsmi məlumata görə, mülki itkilərin sayı 224 nəfərə çatıb.

İranın cavab hücumları çərçivəsində İsrailə atılan ballistik raketlər 24 nəfərin ölümünə, 500-dən çox insanın isə yaralanmasına səbəb olub. Hadisələrə reaksiya olaraq başda Türkiyə olmaqla, bir çox ölkə İsraili qınayıb.

Məqalədə: #İsrail #İran #İran İsrail münasibətləri #İsrail və İran arasında artan gərginlik #İsrailin İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.