11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Təyyarə fəlakətlərində sağ qalan tək insanlar necə xilas olub?

Hindistanda baş verən son təyyarə qəzasından yalnız bir nəfərin sağ qalması aviasiya tarixində bənzər möcüzəvi hadisələri yenidən gündəmə gətirib.

22 İyun 2025 18:00
Təyyarə fəlakətlərində sağ qalan tək insanlar necə xilas olub?

BAKI, AzerVoice

Aviasiya tarixində sağ qalan tək sərnişinlər necə xilas olublar?

AzerVoice xəbər verir ki, Hindistanda baş verən son təyyarə qəzasından yalnız bir nəfərin sağ qalması aviasiya tarixində bənzər möcüzəvi hadisələri yenidən gündəmə gətirib.

Air India şirkətinə məxsus təyyarə iyunun 12-də Əhmədabad şəhərində qəzaya uğrayıb və 242 sərnişindən yalnız biri – 40 yaşlı britaniyalı Vişvaş Kumar Rameş sağ qalıb.

Qəzadan sağ çıxan Rameş 11A oturacağında əyləşib və hazırda xəstəxanada müalicə alır. Bu kimi hadisələr tarixdə nadir hallarda baş versə də, bənzər "möcüzəli qaçışlar" daha əvvəl də qeydə alınıb.

Aviasiya tarixində sağ qalan tək yolçular:

Juliane Koepcke (1971): LANSA Uçuş 508-in qəzasında 17 yaşlı Koepcke 10 min futdan yerə çırpılan təyyarədən sağ çıxıb. 11 gün tək başına Amazon cəngəlliyində qalıb.

Vesna Vuloviç (1972): JAT Airways-in 367 saylı reysində 33 min futdan yerə düşərək sağ qalan stüardessa Ginnesin Rekordlar Kitabına düşüb.

Cecelia Cichan (1987): Northwest Airlines 255 saylı reysində 4 yaşlı qız bütün ailəsini itirsə də, ağır yaralı vəziyyətdə sağ qalıb.

Bahia Bakari (2009): Yəmən Hava Yollarına məxsus 626 saylı reysin Hind okeanına düşməsi nəticəsində 12 yaşlı qız xilasedici jiletsiz saatlarla suyun üzərində qalaraq sağ qalıb.

Ruben van Assouw (2010): Liviyada baş verən Afriqiyah Airways qəzasından 9 yaşlı hollandiyalı oğlan sağ çıxan yeganə şəxs olub.

Təhlükəsiz oturacaq varmı?

Araşdırmalar göstərir ki, təyyarənin arxa hissəsindəki oturacaqlarda sağ qalma ehtimalı daha yüksək ola bilər. Popular Mechanics jurnalına görə, arxa üçdə bir hissədəki sərnişinlərin sağ qalma nisbəti ön hissəyə nisbətən 40 faiz daha yüksəkdir. Time jurnalı isə arxadakı orta oturacaqların sağ qalma şansını 72 faiz olaraq göstərib.

Qeyd edək ki, mütəxəssislər bu statistikanın ümumiləşdirilmiş olduğunu və hər qəzanın özünəməxsus xüsusiyyət daşıdığını bildirirlər.

Məqalədə: #təyyarə qəzası #Hindistan #Elmi araşdırma #Bunu bilirsinizmi? #Uçuş təhlükəsizliyi #Aviasiya sektoru #Aviasiya hadisəsi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.