14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

USAID-in ixtisarları qlobal sağlamlıq üçün ciddi təhlükədir

USAID-in maliyyələşdirməsinin kəsilməsi 5 il ərzində 14 milyon ölümə səbəb ola bilər.

2 İyul 2025 12:19
USAID-in ixtisarları qlobal sağlamlıq üçün ciddi təhlükədir

BAKI, AzerVoice

USAID-in maliyyələşdirməsinin kəsilməsi 5 il ərzində 14 milyon ölümə səbəb ola bilər.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Dövlət Departamentinə daxil olan USAID-in maliyyələşdirilməsində ciddi ixtisarlar aparması nəticəsində 5 il ərzində qlobal miqyasda 14 milyon insanın həyatını itirə biləcəyi ilə bağlı tədqiqat aparılıb.

New York Times-a istinadla yayılan məlumatda qeyd olunur ki, Avropanın müxtəlif universitetlərindən tədqiqatçılar USAID-in ixtisarlarının aşağı gəlirli ölkələrdə insan sağlamlığına mənfi təsirlərini araşdırıblar. Tədqiqatda iki ssenari nəzərdən keçirilib: birincisi 2023-cü ildə mövcud maliyyələşdirmənin davam etməsi, ikincisi isə Tramp administrasiyasının proqramların 83 faizini ləğv etməsi.

İkinci halda 2030-cu ilə qədər əlavə 14 milyon insan, o cümlədən 4,5 milyon 5 yaşdan kiçik uşaq ölüm riski ilə üzləşə bilər. Araşdırmada USAID-in vəsaiti ayrılan ölkələrdə İİV/QİÇS, malyariya və tropik xəstəliklərdən ölüm hallarında əhəmiyyətli azalmalar qeydə alınıb.

Tədqiqatın koordinatoru Davide Rasella USAID-in maliyyələşdirilməsinin kəsilməsinin ABŞ-ın qlobal imicinə ciddi zərbə vurduğunu bildirib. Arizona Dövlət Universitetindən professor Jonas Gamso isə nəticələrin mürəkkəb faktorları nəzərə alaraq ehtiyatla qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.

Araşdırma “The Lancet” jurnalında dərc olunub.

Qeyd edək ki, USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) dünyanın ən böyük donor təşkilatlarından biridir və inkişaf etməkdə olan ölkələrdə səhiyyə, təhsil, ərzaq təhlükəsizliyi və humanitar yardım sahələrində mühüm layihələr həyata keçirir. Agentliyin maliyyələşdirməsindəki ixtisarlar xüsusilə Afrikada və aşağı gəlirli ölkələrdə həyat səviyyəsinə birbaşa təsir göstərir.

Məqalədə: #ABŞ #Donald Tramp #Afrika #USAİD #Tramp administrasiyası #USAID maliyyələşdirilməsi #Qlobal səhiyyə böhranı #Afrika səhiyyə böhranı

Mövzu üzrə digər xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
Digər Xəbərlər

ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır

11 Sentyabr 17:46
Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA
Digər Xəbərlər

Körfəz ölkələrinin neft tədarükü gələn ilədək tam bərpa olunmayacaq - BEA

11 Sentyabr 17:33
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
12:55
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
12:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.