6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Texnologiya nəhəngləri enerji böhranı ilə qarşı-qarşıyadır

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ilə qədər süni intellekt sistemlərinin əsaslandığı məlumat mərkəzləri dünya üzrə elektrik enerjisi istehlakının 3 faizini təşkil edə bilər – bu isə mövcud səviyyənin ikiqatıdır.

16 İyul 2025 11:16
Texnologiya nəhəngləri enerji böhranı ilə qarşı-qarşıyadır

BAKI, AzerVoice

Süni intellekt üçün enerji böhranı yaxınlaşır- Texnologiya nəhəngləri alternativ yollar axtarır.

AzerVoice xəbər verir ki, süni intellekt texnologiyalarının sürətlə inkişafı qlobal enerji sərfiyyatında ciddi sıçrayışa səbəb olub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ilə qədər süni intellekt sistemlərinin əsaslandığı məlumat mərkəzləri dünya üzrə elektrik enerjisi istehlakının 3 faizini təşkil edə bilər – bu isə mövcud səviyyənin ikiqatıdır.

Ekspertlər texnologiyanın sürətlə yayılması fonunda həm enerji təchizatının artırılması, həm də daha səmərəli texnoloji həllərin tətbiqinə ehtiyac olduğunu bildirirlər.

Miçiqan Universitetindən kompüter elmləri professoru Moşraf Çovdhuri bildirir ki, enerji böhranının qarşısını almağın iki yolu var: ya enerji istehsalını artırmaq, ya da mövcud sistemləri daha az enerji ilə işlədəcək formada təkmilləşdirmək. Onun laboratoriyası süni intellekt çiplərinin enerji sərfiyyatını real vaxtda ölçən alqoritmlər vasitəsilə 20-30 faiz qənaət əldə edib.

Arup şirkətindən Qaret Uilyams isə soyutma sistemlərindəki dəyişikliklərin rolunu vurğulayır. Əvvəllər serverlər qədər enerji sərf edən infrastrukturun bu gün cəmi 10 faiz pay tutması, əsasən ağıllı sensorların tətbiqi ilə əlaqədardır. Bu sensorlar sayəsində yalnız lokal temperatur artımı olan sahələr soyudulur ki, bu da resurs israfının qarşısını alır.

McKinsey şirkətindən Pankaj Sachdeva və Amazon Web Services-in (AWS) vitse-prezidenti Dave Brown isə maye soyutma texnologiyasının potensialını önə çəkirlər. AWS artıq Nvidia qrafik prosessorlarının soyudulması üçün xüsusi maye dövriyyə sistemi tətbiq etməyə başlayıb.

Purdue Universitetindən Yi Ding bildirir ki, yeni nəsil süni intellekt çipləri daha uzunmüddətli və qənaətli işləməyə qadirdir. Lakin çip istehsalçılarını daha yavaş dövriyyə ilə işləməyə razı salmaq, onların mənfəətindən imtina etməsi deməkdir. Ding qeyd edir ki, texnologiya daha qənaətli ola bilər, lakin artan tələbat enerji sərfiyyatını tamamilə dayandırmayacaq – sadəcə yavaşladacaq.

Enerji texnologiyalarının süni intellektdə üstünlük üçün əsas amilə çevrildiyi vurğulanır. Yanvar ayında Çin şirkəti DeepSeek daha az güclü çiplərlə işləyən, daha az enerji sərf edən süni intellekt modelini təqdim edib. Model performans baxımından ABŞ-dakı ən qabaqcıl sistemlərlə müqayisə edilə bilər.

Çin bərpa olunan və nüvə enerjisi də daxil olmaqla alternativ enerji mənbələrinə ciddi şəkildə yönəlir. Mütəxəssislər hesab edirlər ki, enerji istifadəsi sahəsindəki bu strateji yanaşma Pekinə süni intellekt sahəsində qlobal üstünlük qazandıra bilər.

Qeyd edək ki, süni intellekt texnologiyalarının genişlənməsi fonunda həm texnologiya şirkətləri, həm də dövlətlər enerji effektivliyinə əsaslanan yeni innovativ həllərin tətbiqinə daha çox sərmayə yatırmağa başlayıblar. Gələcək illərdə bu sahədə kimin lider olacağı enerji strategiyasından da asılı olacaq.

Məqalədə: #Süni intellekt #ABŞ süni intellekt strategiyası #Süni intellekt və təhlükəsizlik #Google və süni intellekt etikası #Geosiyasi rəqabət və süni intellekt #Süni intellektin müharibədə rolu #Süni intellekt bazarında rəqabət #Süni intellektin hüquqi və etik nəticələri #Süni intellekt və axır zaman

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətər

Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib

5 Sentyabr 19:32
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
ArabCars

Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb

4 Sentyabr 12:47

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.