10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və Böyük Britaniya Qəzzada atəşkəs planını müzakirə edib

ABŞ Dövlət katibi Rubio, Böyük Britaniyadakı həmkarı Cooper ilə telefon danışığında Trampın israilli girovların azad edilməsi və Qəzzədə atəşkəsi əhatə edən 20 maddəlik planının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. ABŞ Dövlət Departamenti Rubio ilə Cooper arasında keçirilən telefon danışığı ilə bağlı yazılı açıqlama yayıb.

8 Oktyabr 2025 09:57
ABŞ və Böyük Britaniya Qəzzada atəşkəs planını müzakirə edib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ Dövlət katibi Rubio, Böyük Britaniyadakı həmkarı Cooper ilə telefon danışığında Trampın İsrailli girovların azad edilməsi və Qəzzada atəşkəsi əhatə edən 20 maddəlik planının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamenti Rubio ilə Cooper arasında keçirilən telefon danışığı ilə bağlı yazılı açıqlama yayıb.

Görüşdə həmçinin Rusiya–Ukrayna müharibəsinə də toxunulduğu, tərəflərin bu münaqişəni danışıqlar vasitəsilə əldə ediləcək bir həll və davamlı sülh yolu ilə bitirmək üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 29 sentyabrda israilli girovların azad edilməsi və Qəzzada atəşkəsi əhatə edən 20 maddəlik plan təqdim etmişdi. HƏMAS isə 3 oktyabrda Trampın Qəzza planındakı girov mübadiləsini qəbul etdiyini, lakin digər bəzi maddələrin müzakirə edilməli olduğunu bildirmişdi.

Tramp 4 oktyabrda sosial media hesabında yayımladığı video müraciətində HƏMAS-ın davamlı sülh istədiyinə inandığını və İsrailin girovların azad edilməsi üçün Qəzzaya hücumlarını dərhal dayandırmalı olduğunu vurğulamışdı.

İsrail Baş Nazirliyinin Ofisindən verilən açıqlamada isə Təl-Əviv rəhbərliyinin Qəzzadakı girovların azad olunması üçün planın ilk mərhələsini həyata keçirməyə hazırlaşdığı qeyd edilib. HƏMAS və İsrail nümayəndə heyətlərinin 5 oktyabrda girov mübadiləsi və Qəzzada atəşkəs danışıqları üçün Misirə çatdığı, 6 oktyabrda isə Şarm əl-Şeyx şəhərində atəşkəs danışıqlarına başlanıldığı bildirilib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #ABŞ #Böyük Britaniya #Donald Tramp #Marko Rubio #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #Humanitar fəlakət Qəzza #Trampın fərmanları #Trampın iddiaları #Qəzzada humanitar böhran #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.