8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək istəyərdi və bu məqsədlə səfərini uzatmağı istisna etmir. Tramp bu açıqlamanı Malayziyadan Yaponiyaya gedərkən prezident təyyarəsində jurnalistlərə verib. Onun turu Yaponiyada bazar ertəsi və çərşənbə axşamı, Cənubi Koreyada isə çərşənbə və cümə axşamı günlərini əhatə edir. O, bazar günü Malayziyaya səfər etmişdi.

27 Oktyabr 2025 14:03
Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək istəyərdi və bu məqsədlə səfərini uzatmağı istisna etmir.

AzerVoice xəbər verir ki, Tramp bu açıqlamanı Malayziyadan Yaponiyaya gedərkən prezident təyyarəsində jurnalistlərə verib. Onun turu Yaponiyada bazar ertəsi və çərşənbə axşamı, Cənubi Koreyada isə çərşənbə və cümə axşamı günlərini əhatə edir. O, bazar günü Malayziyaya səfər etmişdi.

“Əgər Şimali Koreya prezidenti mənimlə görüşmək istəsə, Asiya səfərimi uzadacağam.”-deyə Tramp bildirib.

ABŞ lideri həmçinin Ukraynadakı müharibə barədə danışaraq, Rusiya Prezidenti Vladimir Putinin nüvə enerjisi ilə işləyən qanadlı raketin sınağını “uyğun olmayan addım” kimi qiymətləndirib.

“Putin Ukraynadakı müharibəyə son qoymalıdır. Bir həftəyə bitəcəyi deyilən müharibə artıq dördüncü ilinə yaxınlaşır. O, raketləri sınaqdan keçirməkdənsə, bu müharibəni dayandırmaqla məşğul olmalıdır.”-deyə ABŞ prezidenti əlavə edib.

Xatırladaq ki, Putin bazar günü Rusiyanın “Buryevestnik” adlı, “məhdudiyyətsiz uçuş məsafəsinə malik” qanadlı raketinin uğurlu yekun sınağını elan etmişdi.

Tramp isə bəyan edib ki, Ağ Evə yanvar ayında qayıtdıqdan sonra Ukrayna müharibəsinə qısa zamanda son qoyacaq. Onun sözlərinə görə, Moskva və Kiyev arasında vasitəçilik cəhdlərinə baxmayaraq, danışıqlar hələ də bərpa olunmayıb.

Hazırda Rusiya qüvvələri Ukraynada ləng, lakin sabit irəliləyiş nümayiş etdirir. ABŞ prezidenti həmçinin gələn ilin əvvəlində Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

Məqalədə: #ABŞ #Vladimir Putin #Donald Tramp #Cənubi Koreya #Asiya #malaziya #Trampın siyasətləri #Tramp administrasiyası #Tramp və Putin münasibətləri

Mövzu üzrə digər xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Digər Xəbərlər

Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

4 Sentyabr 18:14

Son Xəbərlər

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
21:07
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
21:04
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
İordaniya kralı Norveç kralının dəfn mərasimində iştirak edəcək
20:55
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.