İraq Asiya kubokuna hazırlıq çərçivəsində İran və İordaniya ilə qarşılaşmağı planlaşdırır
İraq Futbol Federasiyası 2027-ci il Asiya kubokunun yekun mərhələsinə hazırlıq çərçivəsində noyabr ayında Bəsrə vilayətində dördtərəfli yoldaşlıq turniri təşkil etməyi nəzərdə tutur.
Səudiyyə Ərəbistanı bir həftə ərzində 10 mindən çox insanı deportasiya edib
Səudiyyə Ərəbistanı rəsmiləri ötən bir həftə ərzində yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 14 855 qanunsuz sakini ölkədən deportasiya ediblər. Bu tədbirlər Krallığın bütün bölgələrində qanunsuz miqrasiya ilə mübarizə məqsədilə həyata keçirilən təhlükəsizlik kampaniyalarının tərkib hissəsidir.
Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov
Azərbaycan ilə Çexiya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.
Azərbaycan ABŞ ilə tərəfdaşlığı Asiya və Avropa arasında əlaqənin inkişafının açarı hesab edir - Elçin Əmirbəyov
Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.
“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib
İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya mərhələsinə qədəm qoyub. Onilliklər boyu davam edən nəqliyyat təcridi, münaqişələr və geosiyasi qarşıdurmalar dövrü sürətli tikinti və strateji planlaşdırma mərhələsi ilə əvəzlənib. Bir vaxtlar böyük güclərin toqquşma meydanı sayılan region indi Avrasiya logistikasında müstəqil oyunçuya çevrilir. Bu yeni memarlıqda həlledici rol Zəngəzur dəhlizinə məxsusdur - o, sadəcə nəqliyyat arteriyası deyil, qarşıdurmadan qarşılıqlı asılılığa keçidin simvoludur.
Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək istəyərdi və bu məqsədlə səfərini uzatmağı istisna etmir. Tramp bu açıqlamanı Malayziyadan Yaponiyaya gedərkən prezident təyyarəsində jurnalistlərə verib. Onun turu Yaponiyada bazar ertəsi və çərşənbə axşamı, Cənubi Koreyada isə çərşənbə və cümə axşamı günlərini əhatə edir. O, bazar günü Malayziyaya səfər etmişdi.
Əjdahanın yeni zirehi ZTZ-201 və Type 100 - Pekin mobil tanklarla hərbi strategiyanı yenidən yazır
Çin Xalq Azadlıq Ordusu illərdir quru qoşunlarının əsas dayağı olan ağır tank filolarından tədricən uzaqlaşaraq, müasir döyüş meydanlarının tələblərinə uyğun yüngül, çevik və yüksək sürətli əməliyyatlarına uyğun zirehli vasitələrə yönəlməyə başlayıb. 3 sentyabrda keçirilən hərbi parad bu dəyişimin ən aydın göstəricisi oldu. Ənənəvi ağır zirehli bölmələrin yerini orta çəkili tanklar və eyni platforma üzərində qurulmuş çoxməqsədli zirehli texnikalar aldı.
Türkiyəni Naxçıvana birləşdirən dəmir yolu layihəsinə 2,4 milyard avro maliyyə ayrılıb
Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Uraloğlu, Türkiyə ilə Naxçıvan arasında dəmiryolu bağlantısı yaradacaq Kars-Iğdır-Aralık-Dilucu Dəmiryolu Layihəsi üçün Maliyyə Nazirliyinin apardığı işlərlə 2,4 milyard avro dəyərində xarici maliyyələşdirmə təmin edildiyini açıqlayıb.