9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov

Azərbaycan ilə Çexiya arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.

20 Aprel 2026 22:17
Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov

BAKI,VOA

2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.

VOA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində "Euro" jurnalına müsahibəsində bildirib.

Müsahibədə Azərbaycan–Çexiya əməkdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.

Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlara çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutun əsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantının gücləndirilməsində mühüm rol oynayır.

Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunulub. Qeyd edilib ki, uzun illər davam edən münaqişədən sonra regionda yeni reallıqlar formalaşıb və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, regional bağlantıların açılması Cənubi Qafqazın iqtisadi potensialını artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Eyni zamanda, Avropa İttifaqının infrastruktur layihələrində iştirakı məsələsi də gündəmə gəlib. Bildirilib ki, münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş təxminən 174 kilometrlik dəmir yolunun bərpası nəzərdə tutulur. Qeyd olunub ki, bu cür layihələrə beynəlxalq maliyyə dəstəyinin cəlb edilməsi nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, regionda uzunmüddətli sabitliyə də töhfə verə bilər.

Məqalədə: #Avropa #Elçin Əmirbəyov #Orta Dəhliz #Azərbaycan-Ermənistan #Asiya #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh prosesi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

8 Sentyabr 12:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.