7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

22 Dekabr 2025 17:53
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib


BAKI, AzerVoice

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

AzerVoice xəbər verir ki, tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.

Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040” və TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.

Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.

Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib
Məqalədə: #Avropa #Cənubi Koreya #UNESCO #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Seul #Asiya #ASEAN #Sakit okean regionu #Türk Dünyası 2040 Vizyonu #Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq #ICHCAP #Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu #TURKTIME #Türk Dünyasının Mədəni Kodu #TurkicHeritage

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Siyasət

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

1 Sentyabr 13:53
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Cəmiyyət

Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

1 Sentyabr 11:31

Son Xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.