10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.

4 Fevral 2026 11:34
“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

BAKI, AzerVoice

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın paytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya Həftəsi - 2026” tədbirində iştirak edib.

Bu barədə AzerVoice-a İqtisadiyyat Nazirliyindən məlumat verib.

İqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində “Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.

Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrin rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb.

Ölkəmizin beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini genişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğu vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİT Avrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.

Görüşdə ölkəmizin İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritet istiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransaya səfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye ilə görüşüb.

Görüşdə Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişli biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial əməkdaşlıq imkanları müzakirə edilib.

“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib “İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib “İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib “İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib
Məqalədə: #Azərbaycan #Avropa #Fransa #Avropa İttifaqı (Aİ) #İqtisadiyyat Nazirliyi #Paris #ELnur Əliyev #Asiya #İƏİT #qeyri-neft sektoru #Vilyam Tompson #MEDEF International #Filip Qotye

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.