9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran və Əfqanıstan sərhəd təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib - İran XİN

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Xarici İşlər nazirinin müavini Kazim Qəribabadi Əfqanıstana səfər edərək iki ölkə arasındakı münasibətlərin gündəliyində olan bir sıra məsələləri, o cümlədən sərhəd təhlükəsizliyini müzakirə edib. Bəqai bu açıqlamanı Tehranda keçirdiyi həftəlik mətbuat konfransında verib. O qeyd edib ki, Qəribabadinin səfəri sərhəd təhlükəsizliyi, su hüquqları, həmçinin hüquqi və məhkəmə əməkdaşlığı kimi mövzuların müzakirəsinə həsr olunub. Bu üç məsələ müvafiq Əfqan rəsmiləri ilə görüşlərdə xüsusi diqqətə alınıb.

28 Oktyabr 2025 12:56
İran və Əfqanıstan sərhəd təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib - İran XİN

BAKI, AzerVoice, Nailə Babazadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Xarici İşlər nazirinin müavini Kazim Qəribabadi Əfqanıstana səfər edərək iki ölkə arasındakı münasibətlərin gündəliyində olan bir sıra məsələləri, o cümlədən sərhəd təhlükəsizliyini müzakirə edib.

AzerVoice xəbər verir ki, Bəqai bu açıqlamanı Tehranda keçirdiyi həftəlik mətbuat konfransında verib. O qeyd edib ki, Qəribabadinin səfəri sərhəd təhlükəsizliyi, su hüquqları, həmçinin hüquqi və məhkəmə əməkdaşlığı kimi mövzuların müzakirəsinə həsr olunub. Bu üç məsələ müvafiq Əfqan rəsmiləri ilə görüşlərdə xüsusi diqqətə alınıb.

Səfər zamanı həmçinin uzun müddət dayandırılmış sərhəd nişanlarının bərpası planının icrasına yenidən başlanılması barədə razılıq əldə olunub.

Bəqai qeyd edib ki, qeyri-qanuni hərəkətlər, narkotik və insan qaçaqçılığı, həmçinin digər transmillətli cinayətlərin qarşısının alınması yolları barədə də konstruktiv müzakirələr aparılıb. O, ümid etdiyini bildirib ki, son görüşlər iki ölkə arasında müxtəlif sahələrdə daha geniş əməkdaşlığın inkişafına töhfə verəcək.

Məqalədə: #İran #Əfqanıstan #Tehran #İran XİN #İsmayıl Bəqai #İran Əfqanıstan sərhədi

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

8 Sentyabr 19:02
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.