6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.

5 Noyabr 2025 15:59
İslam Əməkdaşlıq Təşkilatı İsrailin fələstinli əsirlərin edamına imkan verən qanun layihəsini qınayır

BAKI, AzerVoice, Nailə Babazadə

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.

AzerVoice xəbər verir ki, Ciddədə yerləşən baş katiblikdən yayılan bəyanatda İƏT qanun layihəsini “irqçi və tamamilə qanunsuz” adlandıraraq, beynəlxalq ictimaiyyəti öz hüquqi və mənəvi məsuliyyətini yerinə yetirməyə, İsrailin davam edən insan haqları pozuntularını dayandırmağa çağırıb. Təşkilat, fələstinlilərə beynəlxalq müdafiənin təmin edilməsinin vacibliyinə diqqət çəkib.

Bu bəyanat İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsinin fələstinli məhbusların israillilərə qarşı həyata keçirilən hücumlarda günahkar bilinməsi halında edam edilməsinə imkan verən qanun layihəsini təsdiqləməsindən bir neçə gün sonra səsləndirilib. Layihə ifrat sağçı Təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən irəli sürülüb və Baş nazir Benyamin Netanyahu tərəfindən dəstəklənib. Sənəd gələn həftə Knessetin birinci oxunuşuna çıxarılacaq.

Hökumətin girov və itkinlər üzrə koordinatoru Qal Hirş əvvəlcə sənədə qarşı çıxsa da, Qəzzadan üç israilli hərbçinin cəsədlərinin geri qaytarılması ilə bağlı hadisədən sonra mövqeyini dəyişərək qanun layihəsini dəstəklədiyini açıqlayıb. Ben-Qvir isə bəyan edib ki, bu qanun qəbul olunarsa, məhkəmələrdə heç bir diskresiya səlahiyyəti olmayacaq və hökm avtomatik olaraq tətbiq ediləcək.

Qanun layihəsinə görə, israillinin milli və ya irqi nifrət zəminində öldürülməsində ittiham olunan hər bir şəxs barədə məhkəmə çoxluq səsi ilə edam hökmü çıxara biləcək. Hökm gələcəkdə dəyişdirilə və ya yüngülləşdirilə bilməyəcək.

İƏT bəyan edib ki, belə qanunlar İsrail hökumətinin radikal siyasətinin növbəti göstəricisidir və bölgədə vəziyyəti daha da gərginləşdirəcək. Qurum xatırladıb ki, bu cür addımlar sülh prosesini tam şəkildə iflic edir və regionda sabitliyi təhlükə altına qoyur. Təşkilat yenidən beynəlxalq müdaxiləyə çağırış edib.

Məqalədə: #Qəzza #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #İsrail və Fələstin münaqişəsi 2025 #Ciddə

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.