7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

G7 ölkələri Sudandakı hücumları qətiyyətlə pisləyib və dərhal atəşkəs çağırışı edib

G7 ölkələrinin xarici işlər nazirləri, Sudanda Sürətli Dəstək Qüvvələri (SDQ) tərəfindən mülki şəxslərə və humanitar yardım işçilərinə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyərək, dərhal atəşkəsin təmin olunmasına çağırıb. Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqı (Aİ) nümayəndələri Kanada, Niagara bölgəsindəki toplantıdan sonra ortaq açıqlama yayıblar. Açıqlamada vurğulanıb ki, RSF-nin hücumları qətiyyətlə pislənir və bu münaqişənin yaratdığı aclıq dünyanın ən böyük humanitar böhranına çevrilib.

13 Noyabr 2025 12:02
G7 ölkələri Sudandakı hücumları qətiyyətlə pisləyib və dərhal atəşkəs çağırışı edib

BAKI, AzerVoice, Nailə Babazadə

G7 ölkələrinin xarici işlər nazirləri, Sudanda Sürətli Dəstək Qüvvələri (RSF) tərəfindən mülki şəxslərə və humanitar yardım işçilərinə qarşı həyata keçirilən hücumları qətiyyətlə pisləyərək, dərhal atəşkəsin təmin olunmasına çağırıb.

AzerVoice xəbər verir ki, Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqı (Aİ) nümayəndələri Kanada, Niagara bölgəsindəki toplantıdan sonra ortaq açıqlama yayıblar.

Açıqlamada vurğulanıb ki, RSF-nin hücumları qətiyyətlə pislənir və bu münaqişənin yaratdığı aclıq dünyanın ən böyük humanitar böhranına çevrilib.

“Sürətli Dəstək Qüvvələri və Sudan Silahlı Qüvvələrini insan haqlarına hörmət etməyə, gərginliyi azaltmağa, dərhal və davamlı atəşkəsə riayət etməyə və humanitar yardımların sürətli və maneəsiz keçidini təmin etməyə çağırırıq.” - deyə bəyanətdə qeyd edilib.

Həmçinin, Qəzzaya humanitar yardımların maneəsiz daxil olmasına icazə verilməsi çağırışı təkrarlanıb və atəşkəs razılaşmasına dəstək ifadə edilib.

Açıqlamada, Çinin hərbi yığınlarının artırılmasından narahatlıq ifadə edilərək, Pekin idarəsinə “şəffaflığı artırmaq” çağırışı olunub.

ABŞ Dövlət Katibi Marko Rubio, Sudan’da hücumlara davam edən RSF-yə xarici silah dəstəyinin dayandırılmalı olduğunu bildirib.

Xatırladaq ki, Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xarici dəstəkli RSF arasında şiddətli döyüşlərə səhnə olur. Ölkənin qərbindəki Darfur bölgəsinin ən böyük şəhəri Fəşir, şiddətli döyüşlərdən sonra böyük ölçüdə RSF-nin nəzarətinə keçib.

Minlərlə insan döyüşlərdən qaçıb, RSF isə şəhərdə mülki şəxsləri zorla yerindən köçürüb, çoxsaylı silahsız insanları öldürüb və işgəncə verib. Bu hadisələr RSF üzvlərinin paylaşdığı videolarda əks olunub.

Məqalədə: #ABŞ #Kanada #Fransa #Avropa İttifaqı (Aİ) #Sudan #İngiltərə #Sudanın yenidən qurulması #Sudanda içməli su problemi #Sudan müharibəsi 2023 #Sudanın siyasi vəziyyəti #Sudan toqquşmaları #Sudan RSF hücumu #Sudan ordusu və RSF toqquşması #Sürətli Dəstək Qüvvələri (RSF)

Mövzu üzrə digər xəbərlər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

09:00
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudan

Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir

6 Sentyabr 11:02
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.