5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ və BƏƏ XİN rəhbərləri Sudanda atəşkəs məsələsini müzakirə edib

ABŞ-ın dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan telefon danışığı zamanı Sudanda atəşkəsin təmin olunması məsələsini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, Rubio və Al Nəhyan Sudandakı mövcud vəziyyəti dəyərləndirərək “humanitar atəşkəsin” vacibliyi barədə fikir mübadiləsi aparıblar. Telefon danışığında həmçinin Yəməndə sabitliyin qorunmasının əhəmiyyəti və husilərlə mübarizə məsələsi də gündəmə gətirilib.

18 Dekabr 2025 12:28
ABŞ və BƏƏ XİN rəhbərləri Sudanda atəşkəs məsələsini müzakirə edib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-ın dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan telefon danışığı zamanı Sudanda atəşkəsin təmin olunması məsələsini müzakirə ediblər.

AzerVoice xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, Rubio və Al Nəhyan Sudandakı mövcud vəziyyəti dəyərləndirərək “humanitar atəşkəsin” vacibliyi barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığında həmçinin Yəməndə sabitliyin qorunmasının əhəmiyyəti və husilərlə mübarizə məsələsi də gündəmə gətirilib.

Qeyd edək ki, Sudan 15 aprel 2023-cü ildən etibarən ordu ilə xarici dəstək aldığı bildirilən Sürətli Dəstək Qüvvələri (RSF) arasında şiddətli toqquşmalara səhnə olur.

Ölkənin qərbində yerləşən Darfur bölgəsinin ən böyük şəhəri olan Faşir intensiv döyüşlərdən sonra böyük ölçüdə RSF-nin nəzarətinə keçib.

On minlərlə insanın toqquşmalar səbəbindən şəhəri tərk etdiyi bildirilir. RSF döyüşçülərinin mülki şəxsləri zorla köçürdüyü, silahsız insanları öldürdüyü və işgəncələrə məruz qoyduğu anlar qrup üzvlərinin paylaşdığı videolarda əks olunub.

Məqalədə: #BƏƏ #Sudan #Zayed Əl Nəhyan #Sudan Səhiyyə Nazirliyi #Marko Rubio #Sudan ordusu və RSF münaqişəsi #Sudan RSF hücumu #Sürətli Dəstək Qüvvələri (RSF) #RSF hücumlarından sonra Dəfurda kütləvi köç: 100 min qaçqın #Sudan ordusu RSF-in mülki ərazilərdən çıxmasını tələb edir #Sudan münaqişəsi: RSF ordunun hücumunu geri püskürtdü

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

4 Sentyabr 17:00
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib
İqtisadiyyat

Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

3 Sentyabr 14:34

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.