11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani Rusiyanın uzun illər dəstək verdiyi Bəşşar Əsəd rejimini niyə tərk etdiyini ilk dəfə bütün detalları ilə açıqlayıb. Şeybaninin açıqlamasına görə, rejimə qarşı mübarizənin intensivləşdiyi dövrdə Suriya tərəfi Rusiyanın yüksək səviyyəli nümayəndəsi ilə görüşlərə başlayıb. Şeybani bu şəxsin sanki Vladimir Putinlə birbaşa danışırmış kimi təsir yaratdığını bildirib.

27 Dekabr 2025 15:40
Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

BAKI,AzerVoice,Fərid Mikayılov

Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani Rusiyanın uzun illər dəstək verdiyi Bəşşar Əsəd rejimini niyə tərk etdiyini ilk dəfə bütün detalları ilə açıqlayıb.

AzerVoice xəbər verir ki, Şeybaninin açıqlamasına görə, rejimə qarşı mübarizənin intensivləşdiyi dövrdə Suriya tərəfi Rusiyanın yüksək səviyyəli nümayəndəsi ilə görüşlərə başlayıb.

Şeybani bu şəxsin sanki Vladimir Putinlə birbaşa danışırmış kimi təsir yaratdığını bildirib.

Bab əl-Hava Sərhəd Keçid Məntəqəsində kritik görüş

Suriya nümayəndələri Bab əl-Hava sərhəd keçid məntəqəsində Rusiya rəsmiləri ilə üzbəüz görüşüb. Şeybaninin sözlərinə görə, bu görüşdən sonra vəziyyət kökündən dəyişib. Görüşdə vasitəçi şəxs Suriya tərəfinə bildirib: “Putin açıqlamanı oxudu, bəyəndi və mesajın mənasını anladıq.”

Şeybani əlavə edib ki, görüşdə Suriya tərəfi Rusiyaya mesaj verib: “Biz Suriya xalqıyıq və dəyişimi seçdik. Rusiyanın rejimlə ittifaqı səhv idi, amma səhvlər düzəldilə bilər. Bu mövqe yenidən nəzərdən keçirilə və yeni bir tərəfdaşlıq qurula bilər – etibarsız bir rejimlə deyil, xalqla.”

Rusiyanı razı salan ifadə

Şeybaninin sözlərinə görə, Moskvanı Əsədi dəstəkələməkdən imtinaya, inandıran əsas amil Suriya xalqına xidmət edəcəyi təqdirdə hərbi mövcudluğunu qoruyacağı mesajı olub. Şeybani ruslara deyib: “Bəşşar Əsədi devirmək Rusiyanın Suriyadan ayrılması demək deyil. Gələcəyinizi Əsədə bağlamayın. O keçicidir. Qurula biləcək yeni bir hökumət var.”

Bu ifadələrdən sonra Rusiya Əsəd rejiminə dəstək verməyib. Şeybani əlavə edib ki, Suriya tərəfi Rusiyaya rejimin artıq sona çatdığını izah etməyə də kömək istəmişdi.

Rus nümayəndələr Şeybanidən “Dəməşqə nə qədər müddətdə çatacaqsınız?” soruşduqda Suriya tərəfi “48 saat” cavabını verib. Bu cavabdan sonra Moskva qüvvələri Dəməşqdən geri çəkilməyə başlayıb.

Həmçinin qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Hakan Fidan əvvəllər verdiyi açıqlamada, Rusiyanı Əsəddən vaz keçməyə inandırmağın yolunu bir sözlə izah etmişdi: “Danışdıq”.

Suriya Xarici İşlər naziri Esad Həsən Şeybani Rusiyanın Beşar Əsəd rejimini niyə tərk etdiyini açıqladı. Bab əl-Hava sərhəd keçid məntəqəsində Rusiya ilə kritik danışıqlar. Putinin Moskvadan Esadın devrilməsini qəbul etməsi və strateji mesaj. Rusiya qüvvələrinin Şamdan geri çəkilməsi və yeni hökumətin qurulması. Suriya xalqının dəyişim seçimi və rejimin süqutu. Türkiyə Xarici İşlər Nazirliyi və Hakan Fidanın diplomatik rolu. Rusiyanın Suriyadakı hərbi mövcudluğu və geosiyasi maraqları. Yaxın Şərqdə yeni siyasi balans və beynəlxalq münasibətlər. Rusiya-ABŞ-Suriya əlaqələrinin pərdəarxası. Bab əl-Hava görüşlərinin detalları və diplomatik təsirlər.

Məqalədə: #Rusiya #Vladimir Putin #Suriya #Əsəd Həsən Şeybani #Suriya Xarici İşlər Nazirliyi #Suriya-Rusiya əlaqələri #Bəşşar Əsəd rejimi #Bəşşar Əsəd rejiminin sonu #Əhməd əş-Şəraa #Rusiya Prezidentinin Suriyanın ərazi bütövlüyünə dair mesajı #Bəşşar Əsəd rejiminin devrilməsi #Rusiya Suriya dəstəyi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24

Son Xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.