4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətləri ləğv edib

ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.

4 Yanvar 2026 20:23
ABŞ Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətləri ləğv edib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib.

Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.

Açıqlamadan sonra American Airlines, Delta, United, Frontier Airlines və JetBlue kimi şirkətlərin Karib istiqamətində uçuşlara yenidən başlamağa hazırlaşdığı bildirilib.

Qeyd edək ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bir gün əvvəl “davam edən hərbi fəaliyyətləri” əsas gətirərək Venesuela və Karib hövzəsi hava məkanında ABŞ-a məxsus kommersiya uçuşlarını qadağan etmişdi. Qərardan sonra bir çox reys ləğv olunmuşdu.

Xatırladaq ki, Venesuelanın paytaxtı Karakasda bir gün əvvəl yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilmişdi. Hadisədən sonra Venesuela hakimiyyəti ABŞ-ı ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkə xaricinə çıxarıldığını açıqlamışdı.

ABŞ-ın ədliyyə naziri Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-da cinayət işi qaldırıldığını, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-a qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olmaq” ittihamları ilə üzləşdiyini bildirmişdi.

Venesuela rəhbərliyi ABŞ-ın hərəkətlərinin beynəlxalq ictimaiyyət tərəfindən pislənməsi üçün çağırış edib. Bəzi ölkələr hücumu tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-a dəstək verdiklərini bəyan ediblər.

Məqalədə: #Venesuela #ABŞ Federal Aviasiya Administrasiyası (FAA) #ABŞ Federal Həbsxanalar Bürosu #Venesuela xəbərləri #ABŞ Venesuela gəmilər #Karib dənizi böhranı #Venesuela mülki könüllülər #Venesuela müxalifəti #ABŞ Venesuela əməliyyatı #Venesuela–ABŞ gərginliyi #ABŞ Venesuela böhranı #ABŞ Venesuela hərbi müdaxilə #ABŞ dəniz piyadaları Karib dənizi #Karib dənizi hövzəsi #ABŞ–Venesuela münasibətləri #Karib hövzəsində hərbi fəallıq #Karib hövzəsində gərginlik #ABŞ-ın Venesuelaya hücumu #Venesuela ABŞ hücumları #ABŞ-ın Venesuelaya zərbələri #Venesuela hökumətinin ABŞ-a reaksiyası

Mövzu üzrə digər xəbərlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb
Digər Dövlətlər

Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

31 Avqust 09:37
ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?
Digər Dövlətlər

ABŞ Venesuelanın nəhəng neft ehtiyatlarına sahib çıxmağa hazırlaşır?

28 Avqust 10:41
Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib
Digər Dövlətlər

Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

31 İyul 22:17
Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb
Digər Dövlətlər

Venesuelada zəlzələlərdə ölənlərin sayı 4 333 nəfərə çatıb

11 İyul 22:35

Son Xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.