7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İrandakı etirazlarda ölənlərin sayı 6 minə çatır

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

26 Yanvar 2026 09:32
İrandakı etirazlarda ölənlərin sayı 6 minə çatır
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib.

AzerVoice xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

HRANA dünən də açıqlama vermiş və ölü sayını 5 min 459 olaraq bildirmişdi.

İranın paytaxtı Tehranda 28 dekabr 2025-də milli valyutanın sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin artması səbəbindən Ticarət Böyük Bazarı ətrafında başlanan nümayişlər ölkə üzrə yayıldı.

8 yanvarda Tehranda etirazların şiddətlənməsi nəticəsində hökumət internet bağlantısını kəsmişdi.

İran Şəhid və Qazi Fondunun Adli Tibb İdarəsi dünən açıqlama verərək bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfər həyatını itirib.

Bu şəxslərdən 2 min 427-nin “silahlı terror qrupları” tərəfindən öldürülmüş təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar olduğu, 690 nəfər barədə isə məlumat verilmədiyi bildirilib.

HRANA isə ölkədə etirazların azalmasına baxmayaraq daha çox hadisəni təsdiqlədiyini bildirərək ölü və həbs sayı barədə məlumatları güncəlləməyə davam edir.

Məqalədə: #İran #etiraz notası #etiraz #Etiraz aksiyası #siyasi etiraz #İran bazarlarında etiraz dalğası: Pezeşkian və məhkəmə hakimiyyəti arasında fərq #Rejimin sadiq dayağı etiraz edir: İran bazarında böhran #İranda etiraz aksiyaları

Mövzu üzrə digər xəbərlər

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

19:41
Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb
İran

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

19:25
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ

BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır

18:41

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.