7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

Fransa martın 5-də Prezident Emmanuel Makronun sədrliyi ilə Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə keçiriləcək beynəlxalq konfransın uğuruna ümid edir. Fransız rəsmilərinin gözləntilərinə görə, görüşdə 50-yə yaxın ölkənin və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsi iştirak edəcək. Bu geniş tərkib beynəlxalq birliyin Livan ordusunun gücləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisi hesab olunur.

3 Fevral 2026 11:20
Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Nailə Babazadə

Fransa martın 5-də Prezident Emmanuel Makronun sədrliyi ilə Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə keçiriləcək beynəlxalq konfransın uğuruna ümid edir.

AzerVoice xəbər verir ki, Fransız rəsmilərinin gözləntilərinə görə, görüşdə 50-yə yaxın ölkənin və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsi iştirak edəcək. Bu geniş tərkib beynəlxalq birliyin Livan ordusunun gücləndirilməsinə verdiyi əhəmiyyətin göstəricisi hesab olunur.

Konfrans Livanın ölkə daxilində bütün silahların dövlət nəzarətinə verilməsi planının ikinci mərhələsi ilə eyni vaxta təsadüf edir. Hazırlıqları davam edən bu plan Litani çayının şimalından başlayaraq Avali çayına qədər olan əraziləri əhatə edəcək. Paris konfransın ya Ər-Riyadda, ya da Dohada keçiriləcəyini, iki həftə ərzində isə ilkin görüşün baş tutacağını bildirib. Fransa tərəfi Livan ordusundan yaxın illər üçün silah, texnika və maliyyə ehtiyaclarını yeniləməyi xahiş edib ki, donor ölkələr hədəfəyönlü dəstək göstərə bilsinlər.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bu həftə Beyruta səfər edərək konfransa hazırlıq məsələlərini və regiondakı mürəkkəb vəziyyəti müzakirə edəcək. Bu, Barronun Livana üçüncü, lakin Prezident Cozef Aun və Baş nazir Navaf Salamın rəhbərlik etdiyi yeni hökumətin formalaşmasından sonra ilk səfəridir.

Görüşlərin əsas mövzularından biri Hizbullahın tərksilah edilməsi olacaq. Paris Hizbullahın silahları təhvil verməkdən imtina etməsindən və qruplaşmanın rəhbəri Naim Qasemin İranın hədəf alınacağı təqdirdə müharibəyə qoşulmağa hazır olduqları barədə bəyanatlarından ciddi narahatdır. Fransa rəsmiləri xəbərdarlıq edirlər ki, Livanın milli maraqları İran-ABŞ-İsrail qarşıdurmasından kənarda qalmağı tələb edir. Fransanın qiymətləndirməsinə görə, İsrail ilə müharibədən sonra Hizbullahın hərbi və maliyyə imkanları zəifləsə də, qruplaşma hələ də zorla tərksilaha müqavimət göstərmək gücündədir. Lakin Paris vurğulayır ki, silahların təhvil verilməməsi həm Hizbullah, həm də Livan üçün ağır bədələ səbəb olacaq və İsrailə gərginliyi artırmaq üçün əsas verəcək.

İqtisadi müstəvidə Fransa Livan hökumətinin maliyyə boşluğunu aradan qaldırmaq üçün hazırladığı qanun layihəsini müsbət addım kimi qiymətləndirir. Bu addım Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılığa gəlmək və beynəlxalq yenidənqurma yardımını cəlb etmək üçün mühüm şərtdir. Rəsmi Paris Livan parlamentini kiçik əmanətçilərin 85 faizini qoruyacaq bu layihəni sürətlə qəbul etməyə çağırıb.

Bundan əlavə, Fransanın proqnozlarına görə, Livanda parlament seçkiləri bir neçə aylıq texniki fasilə ilə gələn ilin yayına təxirə salına bilər.

Məqalədə: #Livan #Emmanuel Makron #Paris #Livan ordusu #Livanın cənubu #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan hökuməti #Livan ordusu və Hizbullah qarşıdurması #Livan silahlı qüvvələri və Hizbullah

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

6 Sentyabr 15:00
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.