10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatları və siyasi təhlillər müharibə başa çatdıqdan sonra Rusiyanın daha da təhlükəli hala gələcəyini göstərir. Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında “Avropalılar, birləşin. Daha çətin dünyada yenidən söz sahibi olmaq” adlı paneldə çıxış edib.

16 Fevral 2026 09:29
NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatları və siyasi təhlillər müharibə başa çatdıqdan sonra Rusiyanın daha da təhlükəli hala gələcəyini göstərir.

AzerVoice xəbər verir ki, Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransında “Avropalılar, birləşin. Daha çətin dünyada yenidən söz sahibi olmaq” adlı paneldə çıxış edib.

O qeyd edib ki, Rusiyanın hərbi istehsalına və strukturuna nəzər saldıqda, ölkənin xarici siyasətinin genişlənmə yönümlü olduğu barədə ümumi qənaət formalaşır. Bu səbəbdən müttəfiqlərin müdafiə və hərbi istehsala yatırımlarının prioritet olaraq qalacağını vurğulayıb.

Şekerinska əlavə edib ki, qlobal təhlükəsizlik mühiti heç vaxt indiki qədər mürəkkəb, gərgin və çətin olmayıb. Bu şəraitdə mövcud problemlərlə mübarizə aparmaq üçün bütün imkanların bir araya gətirilməsi zəruridir.

O, iyul ayında keçiriləcək Ankara Zirvəsində müttəfiqlərin daha çox istehsal etməsinin vacibliyinin və bunun üçün daha səmərəli hüquqi mexanizmlərə ehtiyacın müzakirə olunacağını bildirib. Müdafiə sənayesi məhsullarının satış və tədarük proseslərinin daha sürətli həyata keçirilməsinin vacibliyini qeyd edib.

Şekerinska xüsusilə Ukrayna üçün təcili ehtiyac olan hava hücumundan müdafiə sistemləri kimi əsas imkanlara diqqət çəkərək, Atlantikin hər iki tərəfində kifayət qədər istehsal gücünün olmadığını vurğulayıb. Onun sözlərinə görə, müdafiə istehsalının sürətlə artırılması təxirəsalınmaz məsələdir.

Müdafiə sənayesi sahəsində yatırımlardan danışan Şekerinska ABŞ, Kanada və Avropa müttəfiqləri ilə yanaşı Türkiyə, Böyük Britaniya və Norveçin də bu sahədə mühüm rol oynadığını bildirib. O vurğulayıb ki, bütün bu səylər NATO-nun və onun Avropa qolunun gücləndirilməsinə yönəlib və zərurət yarandıqda nəticə əldə etmək üçün İttifaqın güclü tərəflərinə ehtiyac var.

Məqalədə: #Rusiya #NATO #Münhen Təhlükəsizlik Konfransı #Radmila Şekerinska

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.