8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ İrana hücumlarının ilk dörd günündə təxminən 2 milyard dollar dəyərində hərbi texnika itirib

Açıq mənbələrdən toplanan məlumatlara görə, 28 fevraldan başlayan ABŞ-İsrail koalisiyasının İrana hücumları fonunda Tehranın cavab zərbələri ABŞ-ın regiondakı hərbi aktivlərinə 1,902 milyard dollar dəyərində ziyan vurub. İtki siyahısında strateji radar sistemləri, qırıcı təyyarələr və rabitə terminalları yer alır. Maliyyə itkisinin ən böyük hissəsi Qətərdəki "Əl-Udeid" hava bazasında yerləşən AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin vurulması ilə bağlıdır. Təxminən 1,1 milyard dollar dəyəri olan bu strateji obyekt İranın raket hücumu nəticəsində sıradan çıxarılıb.

4 Mart 2026 14:41
ABŞ İrana hücumlarının ilk dörd günündə təxminən 2 milyard dollar dəyərində hərbi texnika itirib

BAKI,VOA, Nailə Babazadə

Açıq mənbələrdən toplanan məlumatlara görə, 28 fevraldan başlayan ABŞ-İsrail koalisiyasının İrana hücumları fonunda Tehranın cavab zərbələri ABŞ-ın regiondakı hərbi aktivlərinə 1,902 milyard dollar dəyərində ziyan vurub. İtki siyahısında strateji radar sistemləri, qırıcı təyyarələr və rabitə terminalları yer alır.

VOA xəbər verir ki, maliyyə itkisinin ən böyük hissəsi Qətərdəki "Əl-Udeid" hava bazasında yerləşən AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin vurulması ilə bağlıdır. Təxminən 1,1 milyard dollar dəyəri olan bu strateji obyekt İranın raket hücumu nəticəsində sıradan çıxarılıb.

Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən ("dost atəşi") vurulan 3 ədəd F-15E Strike Eagle qırıcısının bərpası 282 milyon dollara başa gələcək. Bundan əlavə, BƏƏ-də yerləşən THAAD ballistik raketdən müdafiə sisteminin 500 milyon dollar dəyərindəki AN/TPY-2 radar komponenti məhv edilib. Bəhreynin paytaxtı Manamada ABŞ-ın 5-ci Donanma qərargahına edilən hücumda isə hər birinin qiyməti 20 milyon dollar olan iki ədəd AN/GSC-52B peyk rabitə terminalı zədələnib.

İran bölgədə ABŞ-a məxsus 7 strateji nöqtəni hədəf alıb. Bunlar Bəhreyndəki 5-ci Donanma qərargahı, Küveytdəki "Camp Arifjan", "Ali al-Salem" və "Camp Buehring" bazaları, İraqdakı Ərbil beynəlxalq hava limanındakı hərbi obyektlər, BƏƏ-dəki "Cebel Ali" limanı və Qətərdəki "Əl-Udeid" hava bazasıdır. "Camp Arifjan" bazasında baş verən partlayışlarda 6 ABŞ əsgəri həlak olub, bir çox bazada isə binaların tamamilə dağıldığı və ya çatıların uçduğu müşahidə edilib.

Məqalədə: #İsrail və İran gərginliyi #ABŞ-İsrail ortaq strategiyası #İsrail və İran münasibətləri #ABŞ şirkətləri İsrailə texnologiya #ABŞ-İsrail texnoloji əməkdaşlığı #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #ABŞ İsrail dəstəyi

Mövzu üzrə digər xəbərlər

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
Bütün Livan yanmalıdır - Ben-Qvir
Yaxın Şərq

Bütün Livan yanmalıdır - Ben-Qvir

20 İyun 11:45
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.