5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

ABŞ-ın İsrailin İrandakı hücumlarının miqyasından narahat olduğu iddia edilir

İsrailin İrandakı neft anbarlarına təşkil etdiyi hava hücumları Vaşinqtonun "gözlədiyindən daha geniş" miqyasda reallaşıb. Mənbələr, İsrailin əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırdığını, lakin hücumların miqyasının iki müttəfiq arasında fikir ayrılığına yol açdığını irəli sürüb. ABŞ-lı bir rəsmi, sözügedən addımların "yaxşı bir fikir olduğunu düşünmədiklərini" müdafiə edərək, yaşanan fikir ayrılığının və ABŞ-ın müharibə ilə bağlı gözləntilərinin yüksək səviyyəli siyasi görüşlərdə müzakirə olunmasının gözlənildiyini ifadə edib.

9 Mart 2026 09:23
ABŞ-ın İsrailin İrandakı hücumlarının miqyasından narahat olduğu iddia edilir

BAKI,VOA, Nailə Babazadə

İsrailin İrandakı neft anbarlarına təşkil etdiyi hava hücumları Vaşinqtonun "gözlədiyindən daha geniş" miqyasda reallaşıb.

VOA xəbər verir ki, mənbələr, İsrailin əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırdığını, lakin hücumların miqyasının iki müttəfiq arasında fikir ayrılığına yol açdığını irəli sürüb.

ABŞ-lı bir rəsmi, sözügedən addımların "yaxşı bir fikir olduğunu düşünmədiklərini" müdafiə edərək, yaşanan fikir ayrılığının və ABŞ-ın müharibə ilə bağlı gözləntilərinin yüksək səviyyəli siyasi görüşlərdə müzakirə olunmasının gözlənildiyini ifadə edib.

Xəbərdə, ABŞ Prezidenti Donald Trampın bir məsləhətçisinin, Prezidentin "nefti qorumaq istədiyini" bildirdiyi iddia edilib.

ABŞ və İsrail, İranın paytaxtı Tehran və ətrafındakı neft anbarlarını hədəf almışdı. İran ordusu, ölkədəki enerji infrastrukturunun vurulmağa davam etməsi halında bölgədəki neft obyektlərini hədəf alacağı barədə xəbərdarlıq etmişdi.

İsrail və ABŞ, Tehran və Vaşinqton rəhbərlikləri arasında danışıqlar davam edərkən 28 fevralda İrana qarşı hərbi hücuma başlayıb.

İran da İsrail ilə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başda olmaqla bəzi bölgə ölkələrində müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.

ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xameneyi ilə yanaşı, çox sayda yüksək rütbəli rəsmi ölüb.

İranlı rəsmilərin bildirdiyinə görə, ABŞ-İsrail hücumlarında 1332 nəfər həyatını itirib.

Məqalədə: #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz
İran

İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

26 İyun 17:44
İran İsrailə hücum edib
İran

İran İsrailə hücum edib

7 İyun 23:39
CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN
Siyasət

CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

5 İyun 14:33
İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb
İran

İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

8 May 13:29

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.