5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Körfəz ölkələri və İordaniyaya qarşı hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib. ABŞ, Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan, Pakistan, Panama, Somali, Bəhreyn, Kolumbiya, Konqo Respublikası, Latviya və Liberiya sənədi dəstəkləyib. Çin və Rusiya isə səsvermədə bitərəf qalıb.

12 Mart 2026 11:59
BMT Təhlükəsizlik Şurası İranın hücumlarını pisləyən qətnamə qəbul edib

BAKI,VOA, Fərid Mikayılov

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Körfəz ölkələri və İordaniyaya qarşı hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib.

VOA xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib.

ABŞ, Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan, Pakistan, Panama, Somali, Bəhreyn, Kolumbiya, Konqo Respublikası, Latviya və Liberiya sənədi dəstəkləyib. Çin və Rusiya isə səsvermədə bitərəf qalıb.

Qətnamə 135 BMT üzv dövləti tərəfindən dəstəklənib və sənəd Bəhreyn tərəfindən Körfəz Əməkdaşlıq Şurası ölkələri adından hazırlanıb.

Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya qarşı hücumları “ən sərt şəkildə” pislənib.

Sənəddə bu hücumların beynəlxalq hüququn pozulması olduğu və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı vurğulanıb.

Qətnamədə həmçinin yaşayış məntəqələrinə və mülki obyektlərə edilən hücumlar qınanaraq zərər çəkən ölkələr və onların vətəndaşları ilə həmrəylik ifadə olunub.

Təhlükəsizlik Şurası İranı Körfəz ölkələri və İordaniyaya qarşı bütün hücumları dərhal dayandırmağa çağırıb.

Sənəddə İranın qonşu dövlətlərə qarşı təhdid və təxribatlardan, o cümlədən vasitəçi qüvvələrdən istifadə etmədən imtina etməsinin vacibliyi qeyd olunub.

Qətnamədə beynəlxalq ticarət gəmilərinin Hörmüz boğazı və Bab əl-Məndəb bölgəsində sərbəst naviqasiya hüququnun qorunmasının vacibliyi də vurğulanıb.

BMT Təhlükəsizlik Şurası həmçinin İranın bu strateji dəniz marşrutlarında hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş hər hansı addımının beynəlxalq sülh üçün ciddi təhlükə olduğunu bildirib.

Məqalədə: #İran #BMT #BMT Təhlükəsizlik Şurası #BMT Təhlükəsizlik Şurası və İran #ABŞ və Körfəz ölkələri #İran hücumları

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.