6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran hərbi rəsmiləri müharibənin gedişatını özlərinin müəyyən edəcəyini açıqladılar

İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər. İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.

17 Mart 2026 10:23
İran hərbi rəsmiləri müharibənin gedişatını özlərinin müəyyən edəcəyini açıqladılar

BAKI, VOA, Nailə Babazadə

İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər.

VOA xəbər verir ki, İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.

Sözçü Zülfüqari bölgədəki qonşu ölkələrə müraciət edərək İranın qonşuları ilə müharibə vəziyyətində olmadığını, lakin öz qanuni müdafiə hüququnu və suverenliyini qorumaqda qərarlı olduğunu bildirib. O, regiondakı ABŞ hərbi bazalarından gələ biləcək hər hansı təhlükəyə qarşı xəbərdarlıq edərək müharibəni qarşı tərəfin başladığını, lakin onun nə qədər sürəcəyinə və necə bitəcəyinə məhz İranın qərar verəcəyini qeyd edib.

İran Prezidenti Məsud Pezeşkian və Xarici İşlər Nazirliyinin rəsmiləri də oxşar mövqedən çıxış edərək Tehranın qonşu dövlətlərlə düşmənçilik etmədiyini təkrarlayıblar. Rəsmi Tehran yalnız İran torpaqlarını hədəf almaq üçün istifadə edilən regional ABŞ hərbi bazalarının hədəf siyahısında olduğunu diqqətə çatdırıb.

Bundan əlavə, hərbi sözçü İranın enerji infrastrukturuna və ya limanlarına qarşı həyata keçirilə biləcək ən kiçik hücumun belə regiondakı bütün neft və qaz obyektlərini alova bürüyəcəyi ilə bağlı ciddi xəbərdarlıq edib. Tahran rəhbərliyi ABŞ və müttəfiqlərinin maraqlarının yer aldığı neft emalı zavodlarının və ixrac terminallarının İran üçün qanuni hədəf olduğunu rəsmən elan edib.

Məqalədə: #İran #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.