4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İran geri addım atmayacaq, atəşkəsi yox, müharibənin tam dayanmasını istəyirik - İran

İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb. O, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.

18 Mart 2026 16:02
İran geri addım atmayacaq, atəşkəsi yox, müharibənin tam dayanmasını istəyirik - İran

BAKI, VOA , Nailə Babazadə

İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb.

VOA xəbər verir ki, o, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.

Əraqçi İranın hücumları başladan tərəf olmadığını, sadəcə ABŞ-İsrail zərbələrinə cavab verdiklərini bildirib.

"ABŞ bizə hücum edəndə raketlərimiz onların ərazisinə çatmır, buna görə də bölgədəki Amerika bazalarını vurmağa məcburuq. Təəssüf ki, bu bazalar dost qonşu ölkələrin ərazisində yerləşir". - deyə Əraqçi qeyd edib.

Nazir həmçinin qeyd edib ki, İran qonşu ölkələrdəki mülki hədəfləri qəsdən hədəf almır.

Atəşkəs təkliflərinə toxunan Əraqçi İranın mövqeyini izah edib.

"Biz atəşkəsi qəbul etmirik, çünki bu ssenarinin bir müddət sonra təkrarlanmasını istəmirik. Biz müharibənin tam və daimi olaraq sona çatmasını istəyirik. Əgər İranın dəymiş zərərini qarşılayacaq (təzminat) və müharibəni birdəfəlik bitirəcək bir təklif olarsa, onu dinləməyə hazırıq". - deyə nazir qeyd edib.

Nazir həmçinin Hörmüz boğazının ABŞ və İsrail ilə əlaqəli gəmilər üçün bağlı qalacağını, lakin müharibədən sonra bölgə ölkələrinin iştirakı ilə yeni bir protokolun hazırlana biləcəyini əlavə edib.

Məqalədə: #Abbas Əraqçi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail-İran müharibəsi

Mövzu üzrə digər xəbərlər

İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15
Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb
İran

Abbas Əraqçi Bişkekdə bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşüb

1 Sentyabr 18:17
Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb
İran

Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

29 Avqust 20:09

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.