10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İspaniya İsrailin Qəzzaya yardım gəmisini ələ keçirməsini kəskin şəkildə pislədi

İspaniya hökuməti İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan və göyərtəsində İspaniya vətəndaşlarının olduğu gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib. İspaniya Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, "Global Sumud" flotiliyasının saxlanılmasına etiraz olaraq İsrailin Madriddəki müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

30 Aprel 2026 19:29
İspaniya İsrailin Qəzzaya yardım gəmisini ələ keçirməsini kəskin şəkildə pislədi

BAKI,VOA Nailə Babazadə

İspaniya hökuməti İsrail qüvvələrinin beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan və göyərtəsində İspaniya vətəndaşlarının olduğu gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib.

VOA xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamaya görə, "Global Sumud" flotiliyasının saxlanılmasına etiraz olaraq İsrailin Madriddəki müvəqqəti işlər vəkili nazirliyə çağırılıb. Nazirlik rəsmiləri İspaniya diplomatik heyətinin gəmi təşkilatçıları ilə daim təmasda olduğunu bildirib. Eyni zamanda Xarici işlər naziri Xose Manuel Albares göyərtəsində vətəndaşları olan digər ölkələrin nazirləri ilə məsələni müzakirə edib.

Qəzzaya tətbiq olunan blokadanı yarmaq məqsədilə yola düşən və fələstinli tərəfdarı olan fəallardan ibarət flotiliya son həftələrdə Marsel (Fransa), Barselona (İspaniya) və Sirakuza (İtaliya) limanlarından hərəkətə başlamışdı. Təşkilatçılar Krit sahillərində İsrail hərbi gəmiləri tərəfindən mühasirəyə alındıqlarını bəyan ediblər.

2023-cü ilin oktyabrında başlayan Qəzza müharibəsindən bəri İspaniya və İsrail arasındakı münasibətlər ən aşağı səviyyəyə enib. İspaniya Baş naziri Pedro Sançesin İsrailin hərbi əməliyyatlarını və ABŞ-İsrailin İranla müharibə planlarını tənqid etməsi tərəflər arasındakı gərginliyi artırıb. Cari ayın əvvəlində İsrailin Baş naziri Benyamin Netanyahu Madrdi İsrailə qarşı diplomatik kampaniya aparmaqda ittiham edərək, onu Qəzzanın müharibədən sonrakı bərpası üzrə ABŞ-ın rəhbərlik etdiyi mərkəzdən kənarlaşdırıb. Xatırladaq ki, hər iki ölkə artıq öz səfirlərini geri çağırıb.

Məqalədə: #Qəzza #Qəzza zolağı #İspaniya #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.