10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Tramp FIFA-nın qərarına necə təsir etdi?

ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun avtomatik diskvalifikasiyasının icrasını dayandıraraq onun Belçikaya qarşı dünya çempionatının 1/8 final oyununda iştirakına icazə verib. Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə telefon danışığında qərarın yenidən nəzərdən keçirilməsini xahiş edib.

6 İyul 2026 13:31
Tramp FIFA-nın qərarına necə təsir etdi?

BAKI,VOA, Fərid Mikayılov

ABŞ Prezidenti Donald Trampın müdaxiləsindən sonra FIFA ABŞ millisinin hücumçusu Folarin Baloqunun avtomatik diskvalifikasiyasının icrasını dayandıraraq onun Belçikaya qarşı dünya çempionatının 1/8 final oyununda iştirakına icazə verib.

VOA xəbər verir ki, Bosniya və Herseqovinaya qarşı keçirilən və ABŞ-ın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda rəqib futbolçuya qarşı kobud oyuna görə qırmızı vərəqə alan Baloqun VAR baxışından sonra meydandan kənarlaşdırılmışdı.

Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə telefon danışığında qərarın yenidən nəzərdən keçirilməsini xahiş edib.

FIFA açıqlamasında bildirib ki, İntizam Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq futbolçunun bir oyunluq cəzasının icrası bir il müddətinə şərti olaraq dayandırılıb. Qeyd olunub ki, Baloqun bu müddət ərzində oxşar xarakterli yeni intizam pozuntusu törədərsə, təxirə salınmış cəza dərhal qüvvəyə minəcək.

Donald Tramp qərardan sonra Truth Social platformasında paylaşım edərək FIFA-ya təşəkkür edib və bunu "böyük ədalətsizliyin aradan qaldırılması" kimi qiymətləndirib.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino isə futbolçunun qırmızı vərəqə ilə cəzalandırılmasının əvvəldən yanlış qərar olduğunu bildirib və FIFA-nın addımını dəstəkləyib.

Buna baxmayaraq, Belçika Kral Futbol Assosiasiyası qərara etiraz edib. Qurum FIFA-nın qərarının turnirin intizam qaydaları ilə ziddiyyət təşkil etdiyini bildirərək bütün hüquqi imkanları araşdırdığını açıqlayıb.

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel isə Baloqunun qırmızı vərəqəyə layiq olmadığını desə də, artıq qəbul edilmiş qərarın sonradan dəyişdirilməsinin hüquqi əsaslarını sual altına alıb.

Beləliklə, ABŞ və Belçika arasında keçiriləcək 1/8 final qarşılaşması turnirin ən çox müzakirə olunan qərarlarından birinin kölgəsində baş tutacaq.

Məqalədə: #FİFA #ABŞ #Canni İnfantino #Donald Tramp #Folarin Baloqu

Mövzu üzrə digər xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

9 Sentyabr 11:20

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.