5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Özbəkistan
Özbəkistan

Özbəkistan iqtisadiyyatı yeni imkanlar mərhələsinə qədəm qoyur - Şavkat Mirziyoyev

“Hazırkı şəraitdə dünya iqtisadiyyatı və qlobal kapital xəritəsi kəskin şəkildə dəyişir, təchizat zəncirlərində pozuntular artır. Belə bir dövrdə hər bir investorun kapitalını ilk növbədə sahibkarların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu, iqtisadiyyatın sürətlə inkişaf etdiyi və geniş imkanların mövcud olduğu ölkələrə yatırmağa çalışması tamamilə təbiidir. Məhz buna görə də Özbəkistanda investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması üçün sistemli tədbirlər həyata keçiririk”, — deyə dövlət başçısı bildirib.

17 İyun 2026 09:50
Özbəkistan iqtisadiyyatı yeni imkanlar mərhələsinə qədəm qoyur - Şavkat Mirziyoyev

Daşkənd, VOA

Özbəkistan iqtisadiyyatı yeni imkanlar mərhələsinə qədəm qoyur.

VOA-nın xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 5-ci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun — TIIF 2026-nın açılışında bildirib.

“Hazırkı şəraitdə dünya iqtisadiyyatı və qlobal kapital xəritəsi kəskin şəkildə dəyişir, təchizat zəncirlərində pozuntular artır. Belə bir dövrdə hər bir investorun kapitalını ilk növbədə sahibkarların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunduğu, iqtisadiyyatın sürətlə inkişaf etdiyi və geniş imkanların mövcud olduğu ölkələrə yatırmağa çalışması tamamilə təbiidir. Məhz buna görə də Özbəkistanda investisiya mühitinin köklü şəkildə yaxşılaşdırılması üçün sistemli tədbirlər həyata keçiririk”, — deyə dövlət başçısı bildirib.

Ş.Mirziyoyev qeyd edib ki, ötən il ölkənin ümumi daxili məhsulu 6 faiz artıb.

“İqtisadiyyatımıza 43 milyard dollar investisiya cəlb olunub. Milli valyutamızın sabitliyi təmin edilib, beynəlxalq ehtiyatlarımızın həcmi isə 70 milyard dolları ötüb. Bir çoxları bu forumu ilk dəfə keçirdiyimiz dövrü xatırlayır. Dörd il əvvəl keçirilən ilk forumda biz 2026-cı ilin sonunadək Özbəkistan iqtisadiyyatının ümumi daxili məhsulunun 100 milyard dollara çatmasını hədəfləmişdik. Bu gün isə investorlarla birgə səylərimiz nəticəsində sürətlə inkişaf edən iqtisadiyyatımızın bu il 180 milyard dolları keçəcəyi gözlənilir”, — deyə Özbəkistan Prezidenti əlavə edib.

Daha sonra Mirziyoyev vurğulayıb ki, Özbəkistanın beynəlxalq kredit reytinqi hər il yaxşılaşır.

“Bu il ölkəmiz nüfuzlu İqtisadi Azadlıq İndeksində 14 pillə irəliləyib və ilk dəfə olaraq ‘orta dərəcədə azad’ iqtisadiyyata malik ölkələr sırasına daxil olub. Bütün bunlar Özbəkistan iqtisadiyyatının yeni inkişaf tempi və yeni imkanlar mərhələsinə qədəm qoyduğunu aydın şəkildə sübut edir”, — deyə o bildirib.

Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtında 5-ci yubiley Daşkənd Beynəlxalq İnvestisiya Forumu — TIIF 2026 işə başlayıb. Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.

Yubiley forumu təkcə əvvəlki uğurları möhkəmləndirməyi deyil, həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahələr üzrə ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktiki yönümünü gücləndirməyi hədəfləyir. Bu gün TIIF beynəlxalq kapitalın etimad göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə inteqrasiyası üçün mühüm platforma hesab olunur.

Məqalədə: #Şavkat Mirziyoyev #Özbəkistan #Daşkənd

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.