13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Witkoffdan Qəzzada yeni atəşkəs təklifi

19 May 2025 11:08
Witkoffdan Qəzzada yeni atəşkəs təklifi

BAKI, AzerVoice

ABŞ vasitəçisi Witkoff İsrail və HƏMAS-a Qəzzada atəşkəs üzrə yenilənmiş plan təqdim edib.

AzerVoice xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Witkoff İsrail və HƏMAS-a Qəzza zolağında atəşkəs və girov mübadiləsinə dair yenilənmiş təklif təqdim edib.

Məlumata görə, təklif çərçivəsində 45-60 günlük atəşkəs müqabilində azı 10 israilli girovun və bir qrup fələstinli məhbusun azad edilməsi nəzərdə tutulur. Lakin bu sənəd əvvəlki variantlardan fərqli olaraq, atəşkəsin müharibənin başa çatmasına yol aça biləcək geniş prosesi başlada biləcəyini açıq şəkildə vurğulayır.

Witkoff təklifin təqdimatını həm İsrailin Baş naziri Benyamin Netanyahu və müşaviri Ron Dermer ilə birbaşa əlaqə yolu ilə, həm də Qətərin paytaxtı Dohada HƏMAS liderləri ilə vasitəçilər üzərindən aparılan təmaslarla həyata keçirib.

İsrail və HƏMAS-ın rəsmi nümayəndə heyətləri Dohada olsa da, mənbələr bildirir ki, real danışıqlar hələlik başqa kanallar vasitəsilə aparılır. İsrailli rəsmilər qeyd ediblər ki, təklifə Netanyahu prinsipial şəkildə müsbət yanaşıb, lakin təklif şərtlərlə doludur. HƏMAS isə yekun cavab verməyib və müvəqqəti atəşkəsin daimi sülhə çevrilməsi üçün daha aydın təminatlar tələb edir.

Qeyd edək ki, HƏMAS liderlərindən biri CNN-ə açıqlamasında 60 günlük atəşkəs müqabilində 7-9 israilli girovun azad edilə biləcəyini, qarşılığında isə 300 fələstinli məhbusun sərbəst buraxılmasının gözlənildiyini bildirib. İsrail ordusu isə paralel olaraq Qəzzanın şimal və cənub bölgələrində genişmiqyaslı quru əməliyyatlarına başladığını elan edib.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #ABŞ #HƏMAS #atəşkəs danışıqları #İsrail-HƏMAS atəşkəsi #Stiv Uitkoff

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

11 Sentyabr 17:50

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.