14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Vasitəçi ölkələr Qəzzada atəşkəsin bərpası üçün səylərini davam etdirirlər - Misir XİN

1 İyun 2025 19:08
Vasitəçi ölkələr Qəzzada atəşkəsin bərpası üçün səylərini davam etdirirlər - Misir XİN

BAKI, AzerVoice

Misir, Qətər və ABŞ-dan olan vasitəçilər Qəzza zolağında atəşkəs rejiminin bərpası üçün səylərini davam etdirirlər.

AzerVoice xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül-Ati İordaniyanın paytaxtı Əmmanda keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

“Misir, Qətər və ABŞ Qəzzada döyüş əməliyyatlarını dayandırmaq üçün ciddi səylər göstərməkdə davam edir. Qəzzada qan tökülməsinin qarşısı alınmalı, girovlar azad edilməli və bölgəyə humanitar yardımın çatdırılması təmin olunmalıdır” – deyə, Nazir qeyd edib.

Misir XİN rəhbərinin fikrincə, İsrailin Qəzzada həyata keçirdiyi aclıq siyasəti“əsas insan haqlarını pozur, bölgənin özü isə qida çatışmazlığı səbəbilə fəlakətli vəziyyətdədir.

Eyni mətbuat konfransında çıxış edən Əbdül Atinin iordaniyalı həmkarı, Əymən əs-Səfədi qeyd edib ki, İsrail hakimiyyəti Qəzzanı yaşanmaz yerə çevirmək üçün əllərindən gələni edirlər.

“Beynəlxalq ictimaiyyət Qəzzadakı İsrail təcavüzünü dayandıra bilmədi, amma biz ona qarşı çıxmaq üçün səylərimizi davam etdirəcəyik” – deyə, əs-Səfədi vurğulayıb.

Son günlərdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzzada döyüşlərin dayandırılması ilə bağlı razılığa gəlmək üçün növbəti cəhd edib. Onun irəli sürdüyü yeni təklif Qəzzada dərhal 60 günlük atəşkəsi və birinci həftədə iki mərhələdə sağ qalan 10 israilli girovun azad olunmasını nəzərdə tutur. Həmin müddət ərzində HƏMAS İsrail tərəfinə daha 18 girovun cəsədini təhvil verməlidir. Əvəzində İsrail əvvəlcədən razılaşdırılmış siyahılara əsasən fələstinli məhbusları azad edəcək. Sənəddə, həmçinin, BMT və digər beynəlxalq təşkilatlar vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasının bərpası nəzərdə tutulur. Elə həmin gün Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ki, İsrail bu planı HƏMAS-a təqdim olunmamışdan əvvəl təsdiqləyib.

Ötən gün HƏMAS ABŞ prezidentinin xüsusi nümayəndəsinin təklifinə cavablarını vasitəçilərə təqdim ediblər.

“HƏMAS 10 israilli girovu azad etməyə və 18 nəfərin cəsədini təhvil verməyə hazırdır – əvəzində İsrail həbsxanalarından əvvəlcədən razılaşdırılmış sayda fələstinli məhbusun azad olunmasını tələb edir” - deyə, HƏMAS-ın verdiyi bəyanatda qeyd olunub.

Lakin HƏMAS əlavə edib ki, cavablarında həmçinin Qəzzada atəşin tam şəkildə dayandırılması, İsrail qoşunlarının bölgədən çıxarılması və bölgəyə humanitar yardımın maneəsiz çatdırılması tələbləri də yer alır.

Uitkoff və İsrail rəhbərliyi isə bu cavabı faktiki olaraq təklifdən imtina kimi qiymətləndiriblər

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #ABŞ #Misir #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail cinayətləri #Qəzzada humanitar böhran #Fələstin-İsrail münaqişəsi #İsrail Fələstin münaqişəsi #İsrailin Yaxın Şərqdə hərbi strategiyası

Mövzu üzrə digər xəbərlər

İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya

İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir

11:17
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
Fələstin

BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb

12 Sentyabr 18:16

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.