7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrail Madleen aktivistlərini deportasiya edib

10 İyun 2025 09:29
İsrail Madleen aktivistlərini deportasiya edib

BAKI, AzerVoice

İsrailin Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisinə müdaxiləsindən sonra əsir götürdüyü yardım könüllüləri deportasiya edilmək üçün Ben Qurion Hava Limanına gətirilib.

AzerVoice xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin sosial media hesabında verilən açıqlamada, “Madleen” gəmisinin sərnişinlərinin deportasiya olunmaq üçün Ben Qurion Hava Limanına çatdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, bəzi sərnişinlərin yaxın saatlarda İsraildən ayrılması gözlənilir. Sərhəddən çıxarılma sənədlərini imzalamaqdan və İsraili tərk etməkdən imtina edən şəxslərin isə məhkəməyə çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition)” adlı vətəndaş cəmiyyəti təşkilatının Qəzzaya tətbiq olunan blokadanı yararaq bölgəyə yardım çatdırmaq məqsədilə həyata keçirdiyi son missiya çərçivəsində 18 metrlik gəmi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti Limanından Qəzzaya doğru yola çıxmışdı.

“Madleen” gəmisindəki aktivistlər, İsrail ordusunun müdaxiləsi halında sülhsevər mövqe tutacaqlarını və müqavimət göstərməyəcəklərini əvvəlcədən bəyan etmişdilər.

İsrail ordusu Qəzzaya tətbiq olunan blokadanı pozmaq məqsədi daşıyan “Madleen” gəmisinə müdaxilə etmişdi.

Gəmidə Avropa Parlamentinin fransız üzvü Rima Hassan və Almaniya vətəndaşı Yasemin Acarla yanaşı, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiago Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko van Rennes, Fransadan Baptist Andre, Reva Viard, Paskal Muriéras və Yanis Mhamdi, İsveçli iqlim fəalı Qreta Tunberq və jurnalist Omar Faiad daxil olmaqla 12 nəfər olub.

Məqalədə: #Qəzza #İsrail #İsrail XİN #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzzada humanitar böhran #Qəzzada müharibədən sonrakı vəziyyət #Madleen gəmisi yardım missiyası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.