5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

Qəzza zolağında 2023-cü ildə İsrailin hava zərbələri nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsayinə ailələrinin 112 üzvünün nəşi dağıntılar altından çıxarılaraq iki il yarımdan sonra kütləvi şəkildə dəfn edilib. Mərasim Qəzzada müharibənin başlanmasından bəri keçirilən ən böyük cənazələrdən biri kimi qiymətləndirilir.

4 Avqust 2026 14:46
Tarixinin ən böyük dəfn mərasimi - Qəzzada 112 nəfərin cənazəsi iki il yarımdan sonra dəfn edildi

BAKI,VOA Orxan Qədirzadə

Qəzza zolağında 2023-cü ildə İsrailin hava zərbələri nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsayinə ailələrinin 112 üzvünün nəşi dağıntılar altından çıxarılaraq iki il yarımdan sonra kütləvi şəkildə dəfn edilib. Mərasim Qəzzada müharibənin başlanmasından bəri keçirilən ən böyük cənazələrdən biri kimi qiymətləndirilir.

Məlumata görə, söhbət 2023-cü il noyabrın 22-də Qəzza şəhərinin əs-Sabra məhəlləsində baş vermiş hücum zamanı həlak olan şəxslərdən gedir. Fələstin mənbələrinin bildirdiyinə əsasən, həmin hücum nəticəsində Əbu Şəriə və Əl-Həsayinə ailələrinin ümumilikdə 308 üzvü həyatını itirib. Onların arasında 40 uşaq, 30 qadın və 7 əlilliyi olan şəxs də olub.

Xilasetmə qrupları son günlər dağıntılar altından 112 nəfərin qalıqlarını çıxarmağa nail olub. Bununla belə, onlarla şəxsin taleyi hələ də naməlum olaraq qalır. Məlumatlara görə, təxminən 157 nəfər ya dağıntılar altında itkin düşmüş hesab edilir, ya da onların aqibəti hələ müəyyənləşdirilməyib.

Dəfn mərasimi zamanı şəhidlərin fotolarının əks olunduğu böyük lövhələr nümayiş etdirilib, həmçinin Qəzzada müharibənin dayandırılması və humanitar vəziyyətin yaxşılaşdırılması ilə bağlı çağırışlar səsləndirilib.

Qəzzanın Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Bəsəl mərasimi "Qəzzanın şahid olduğu ən ağrılı və misilsiz səhnələrdən biri" adlandırıb. Onun sözlərinə görə, 100-dən çox insanın eyni vaxtda dəfn olunması son onilliklərdə Fələstin tarixinin ən böyük cənazə mərasimlərindən biri hesab olunur.

Fələstin Milli Təşəbbüsünün baş katibi Mustafa Bərğuti isə bu mərasimin "Fələstin tarixinin ən böyük cənazəsi" ola biləcəyini bildirib. O qeyd edib ki, nəşlər iki ildən artıq müddətdə dağıntılar altında qaldıqdan sonra tapılıb.

Ekspertlər və hüquq müdafiəçiləri bildirirlər ki, bu hadisə Qəzzada müharibənin humanitar nəticələrinin miqyasını bir daha nümayiş etdirir. Onların sözlərinə görə, minlərlə ailə hələ də yaxınlarının taleyi barədə məlumat gözləyir, çoxsaylı nəşlər isə dağıntılar altında qalmaqda davam edir.

Bu hadisə İsrail ilə HƏMAS arasında qüvvədə olan atəşkəs razılaşmasının tez-tez pozulduğu bir dövrə təsadüf edir. Fələstin tərəfinin məlumatına görə, atəşkəsin qüvvəyə minməsindən sonra da çoxsaylı insan həlak olub və yaralanıb.

Qeyd edək ki, müharibə nəticəsində Qəzza zolağında yaşayış məntəqələri və infrastrukturun böyük hissəsi dağılıb. Fələstinli ailə birlikləri beynəlxalq ictimaiyyəti dağıntıların təmizlənməsi, itkin düşənlərin axtarışı və Qəzzanın bərpası istiqamətində təxirəsalınmaz addımlar atmağa çağırıblar.

Məqalədə: #Qəzza müharibəsi #Qəzza humanitar böhranı #Qəzzada mülki itkilər #İsrail Hava Zərbələri #Qəzzada kütləvi dəfn #Fələstinli ailələrin faciəsi #dağıntılar altından çıxarılan cənazələr #Qəzzada itkin düşənlər #Qəzza Mülki Müdafiə Xidməti

Mövzu üzrə digər xəbərlər

Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?
Fələstin

Səhra komandirləri hədəfdə - İsrail Qəzzada sui-qəsdləri niyə artırır?

29 Avqust 12:09
İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?
Suriya

İsrail Suriyə və Livana niyə eyni vaxtda hücuma keçdi?

27 Avqust 12:56
İsrailin Livana zərbələri davam edir
Livan

İsrailin Livana zərbələri davam edir

27 Avqust 09:42
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.