8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib

12 Yanvar 2024 12:50
Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib

Bakı, AzerPress:

Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib.

AzerPress xəbər verir ki, media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacibliyini vurğulayıb, bu məsuliyyətli işdə media subyektlərinin üzərinə böyük vəzifə düşdüyünü deyib. O, media nümayəndələri ilə məlumat mübadiləsinin aparılması və peşəkar media fəaliyyətinin təşkili ilə əlaqədar seminarın jurnalistlər üçün faydalı olacağını qeyd edib.

Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquq və azadlıqlarından biri kimi təsbit olunan seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. O vurğulayıb ki, Seçki Məcəlləsi seçkilərin hazırlanıb keçirilməsi prosesində və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında müxtəlif statuslu seçki subyektlərinə münasibətdə rol və vəzifələr müəyyən edib.

Media subyektləri də istər seçki prosesində aşkarlığın və şəffaflığın təşəkkül tapmasında, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməlidirlər. MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.

Seminarda daha sonra MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli seçkilərin mediada işıqlandırılması, ən mühüm mərhələlərdən biri olan seçkiqabağı təşviqatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər, seçkiqabağı təşviqatı aparmaq hüququna malik olan subyektlər, habelə səsvermə günü prosedurları barədə təqdimat keçirib.

Bildirib ki, Prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdirlər.

Şahin Əsədli tədbirdə, həmçinin seçki günü prosedurları ilə bağlı praktiki məşğələ formatında ətraflı məlumat verib. O, seçki məntəqəsinin açılışı, səsvermə hərəkətləri, seçki günü müstəsna hallar və digər bu kimi prosedurların həyata keçirilməsi və tənzimlənməsinin qanunvericilik əsaslarını iştirakçıların diqqətinə çatdırıb.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Prezident seçkilərində medianın rol və vəzifələrinə həsr olunan praktiki seminar keçirilib
Məqalədə: #MSK #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

MSK-ya yeni sədr seçilir
Cəmiyyət

MSK-ya yeni sədr seçilir

27 Aprel 16:15
MSK üzvlərinin səlahiyyət müddəti bitir
Gündəm

MSK üzvlərinin səlahiyyət müddəti bitir

20 Aprel 09:47
Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb
Türk Dövlətləri

Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb

30 Noyabr 2025 19:12
MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
Siyasət

MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

28 Noyabr 2025 10:11

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.