4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

ABŞ-da Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülür

25 Yanvar 2024 15:41
ABŞ-da Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülür

Bakı, AzerVoice:

Bu il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.

AzerVoice xəbər verir ki, bu barədə secki-2024.az saytının sorğusuna cavab olaraq səfirlikdən bildirilib.

Qeyd edilib ki, fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində Amerika Birləşmiş Ştatlarında yaşayan vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq ABŞ-dəki səfirlikdə seçki məntəqəsi yaradılıb, Məntəqə Seçki Komissiyasının üzvləri, katibləri və sədri seçilib.

Yeddi fevral seçkilərində ölkə hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış vətəndaşlarımızın seçki hüququnun təmin edilməsi məqsədilə qeydiyyata alınaraq səfirlik tərəfindən seçici siyahıları hazırlanıb və Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Qanunvericiliyə uyğun olaraq Amerika Birləşmiş Ştatlarında Azərbaycan Respublikası Prezidenti seçkiləri bu il fevralın 7-də yerli vaxtla saat 08:00-19:00-da keçiriləcək.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi vətəndaşlarımızı prezident seçkilərində fəal şəkildə iştiraka və seçki hüquqlarından istifadə etməyə dəvət edir.

ABŞ-da Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə tədbirlər görülür
Məqalədə: #ABŞ #MSK #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.