10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

ABŞ COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Laura Loxman

25 Yanvar 2024 23:09
ABŞ COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Laura Loxman

Bakı. AzerVoice:

Birləşmiş Ştatlar COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla işləməkdə maraqlıdır.

AzerVoice-in məlumatına görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman Caspian Policy Center-in təşkilatçılığı ilə Qara dəniz regionunda təhlükəsizlik üzrə konfransında deyib.

Loxman qeyd edib ki, Gürcüstan və Azərbaycan Qara dənizin sadəcə karbohidrogen kəşfiyyatı və işlənməsi regionu olmadığının gözəl nümunəsidir.

"Bu ölkələrin bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində böyük imkanları var. Təklif olunan Qara dəniz elektrik kabeli Cənubi Qafqaz və Aİ enerji bazarları arasında əlaqəni yaxşılaşdıracaq və mövcud olan böyük külək resurslarından faydalanmağa imkan verəcək.", - deyə o vurğulayıb.

Loxman hesab edir ki, Azərbaycanda keçiriləcək COP29 konfransını nəzərə alsaq, bütün bunlar daha böyük əhəmiyyət kəsb edir.

"Beləliklə, biz COP29 konfransı çərçivəsində təmiz enerjiyə keçid və iqlim məqsədlərimizə nail olmaq üçün Azərbaycanla, özəl sektorla və təbii ki, bir çox başqa ölkələrlə işləməyi səbirsizliklə gözləyirik.", - deyə o əlavə edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək.

COP29-nun Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2023-cü il dekabrın 11-də Dubayda rəsmi olaraq elan edilib. Azərbaycan bu ilin noyabrında bu tədbirə ev sahibliyi edəcək.

ABŞ COP29 çərçivəsində iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlıdır - Laura Loxman
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.