12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Seçicilər arasında orta yaş təbəqəsi üstünlük təşkil edir

7 Fevral 2024 09:18
Seçicilər arasında orta yaş təbəqəsi üstünlük təşkil edir

Bakı. AzerVoice:

Hazırda məntəqəmizdəki seçki prosesi çox yaxşı şəkildə davam edir.

Bunu AzerVoice-ə açıqlamasında 15 saylı seçki məntəqəsinin sədri Elşad Miranov deyib.

"Fikrimcə, seçkinin sonuna kimi hər şey bu şəkildə baş tutacaq. Mən illərdir ki, hər zaman seçkidə iştirak edirəm. Daima bu ərazidə yaşayan insanlar öz aktivliyini göstərir. Bu gündə yüksək faizlə seçicilərin sayı müşahidə olunur. Seçicilər arasında orta yaş təbəqəsi üstünlük təşkil edir. Təxmini 80 nəfərə yaxın insan bu saata qədər seçkidə iştirak edib", - deyə sədr əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Seçicilər arasında orta yaş təbəqəsi üstünlük təşkil edir
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00

Son Xəbərlər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir? -Sultan Paşanın unudulan dərsləri
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.