14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sahibə Qafarova TBMM və TürkPA-nın nümayəndə heyətləri ilə görüşlər keçirib

8 Fevral 2024 16:23
Sahibə Qafarova TBMM və TürkPA-nın nümayəndə heyətləri ilə görüşlər keçirib

Bakı. AzerVoice:

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Parlamentdən AzerVoice-ə bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib.

Spiker Sahibə Qafarova qeyd edib ki, bu seçkilərlə xalqımız öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verib. Onun sözlərinə görə, ilk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilib. Ona görə də bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar.

Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib. Seçkilərdə vətəndaşların öz iradələrini ifadə etməsi üçün hər cür şərait yaradılıb və xalqımız yüksək fəallıq nümayiş etdirib.

Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.

Türkiyə Böyük Millət Məclisinin müşahidə missiyasının rəhbəri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, qardaş Azərbaycanda prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazilərində keçirilir. Bu, Türkiyə, həmçinin Türk dünyası üçün böyük hadisədir. Azərbaycanın uğurları qardaş ölkə olaraq, Türkiyəni, ümumiyyətlə, bütün Türk dünyasını sevindirir.

Şamil Ayrım həmkarları ilə birlikdə çoxsaylı seçki məntəqələrində prosesi izlədiklərini bildirərək, qeyd edib ki, onların müşahidələri seçkilərin çox şəffaf şəkildə keçirildiyini deməyə əsas verir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları çox sərbəst və fəal şəkildə səs veriblər və hər kəsin istədiyi namizədə səs verməsi üçün əlverişli şərait yaradılıb.

TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten isə onların təmsil olunduğu müşahidə missiyasının üzvlərinin həm Şuşada, həm də Xankəndidə də səsvermə prosesini müşahidə etdiklərini bildirərək, bunun tarixi əhəmiyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, müşahidə apardıqları bütün məntəqələrdə hər şey qanuna uyğun, şəffaf təşkil olunub.

Sahibə Qafarova TBMM və TürkPA-nın nümayəndə heyətləri ilə görüşlər keçirib
Məqalədə: #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
Qətər Mərkəzi Bankının sədri Körfəz ölkələrinin maliyyə toplantılarında iştirak edib
20:33
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
20:30
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.