5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib

9 Fevral 2024 15:27
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib

Bakı. AzerVoice:

Azərbaycana qarşı təcavüzkar müharibəyə başlamağa görə tam məsuliyyət daşıyan və beynəlxalq hüququ, eləcə də, ATƏT prinsiplərini pozaraq, Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan digər ölkələrə insan hüquqlarından, hüquq və tarixdən qaynaqlanan məsələlərdən tənqid və mühazirə oxuya biləcək sonuncu ölkədir.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Ermənistan nümayəndə heyətinə cavab bəyanatında qeyd edilib.

"Xanım Prezident, ötən ilin noyabrında və bu gün regiona səfəriniz zamanı səsləndirdiyiniz sülh sazişi və əlaqələrin normallaşdırılması istiqamətində irəliləyiş üçün konstruktiv fəaliyyətə çağırışınıza Ermənistanın burada, ATƏT-dəki nümayəndə heyəti tərəfindən cavab verilməməsi təəssüf doğurur.

Tam əksinə olaraq, ikitərəfli danışıqlarda dinamizm və tərəqqidən, hətta kiçik də olsa, hər iki ölkənin razılaşdığı etimad quruculuğundan asılı olmayaraq, özünəməxsus vəziyyətlə üzləşirik, Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin ritorikası dəyişməz olaraq qalır, heç bir faydası olmayan və sülhü bir qarış da yaxınlaşdırmayacaq köhnəlmiş münaqişə qavrayışlarını dönə-dönə təkrarlayır.

Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi və Ermənistan tərəfindən keçmiş işğal altındakı ərazilərdə yaradılmış qanunsuz “Miki Maus” rejiminin özünü buraxmasından sonra Ermənistan nümayəndə heyəti nəhayət, yeni reallığı qəbul etməli və onunla barışmalı, bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanımaya və hörmətə əsaslanan dövlətlərarası əlaqələrin üç xətli normallaşması ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə fokuslanmalıdır.

Ermənistan, nəhayət, anlamalıdır ki, yalnız suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanımaya əsaslanan Azərbaycanla sülh və yaxşı qonşuluq münasibətləri regional təhlükəsizliyi təmin edə, etimad inşa edə və Azərbaycan ərazilərinin təxminən 30 illik işğalının nəticələrinin aradan qaldırılmasının, Ermənistandan çıxarılan azərbaycanlılar da daxil olmaqla, bütün köçkünlərin təhlükəsiz və könüllü qayıdışının şərtlərini formalaşdıra bilər.

Reinteqrasiya və reabilitasiya səyləri irəlilədikcə biz əminik ki, Ermənistana köçmüş erməni sakinlər Azərbaycanın Qarabağ bölgəsindəki həyatın Ermənistanın çəkdiyi təhrif olunmuş görüntülərdən fərqli ola biləcəyini görəcəklər. Lakin Ermənistan nümayəndə heyətinin bu gün verdiyi bəyanatlar Ermənistanın məhz bundan qorxduğunu göstərir.

Ermənistan Azərbaycana və onun xalqına vurduğu zərəri ödəməlidir", - bəyanatda deyilir.

Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyi Ermənistan nümayəndə heyətinə cavab verib
Məqalədə: #ATƏT

Mövzu üzrə digər xəbərlər

ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
Siyasət

ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

4 İyul 18:44
Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu
Rəy

Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

10 Aprel 22:25
TRIPP layihəsi regional iqtisadi inteqrasiyanı təmin edəcək - Ceyhun Bayramov
Siyasət

TRIPP layihəsi regional iqtisadi inteqrasiyanı təmin edəcək - Ceyhun Bayramov

26 Dekabr 2025 15:42
Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib
Siyasət

Azərbaycan və Monteneqro arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi müzakirə edilib

20 Dekabr 2025 12:38

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.