6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib

23 Fevral 2024 20:37
Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib

Bakı. AzerVoice:

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokrtaik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.

Parlamentdən AzerVoice-yə verilən məlumata görə, qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova APA-nın özv ölkələr arasında əməkdaşlıq, dialoq və həmrəyliyin inkişafı baxımından əlverişli çoxtərəfli platforma olduğunu bildirib. O, 40-dək ölkənin parlament nümayəndə heyətinin, habelə bir sıra beynəlxalq parlament təşkilatları təmsilçilərinin iştirak etdikləri 14-cü plenar sessiya çərçivəsində müasir dünyanı narahat edən bir sıra problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

Görüşlərdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolu, qanunverici orqanların qlobal proseslərə təsiri barədə də fikirlər səsləndirilib. Tərəflər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq imkanları barədə də danışıblar. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu mənada əhəmiyyətini diqqətə çatdırıb.

Qonaqlar APA-nın 14-cü plenar sessiyasına uğurla evsahibliyi etdiyi üçün təbriklərini çatdıraraq, ölkəmizə səfərləri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.

Görüşlərdə, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib
Məqalədə: #Azərbaycan #Milli Məclis #Sahibə Qafarova

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib
Siyasət

Sahibə Qafarova Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxış edib

3 Sentyabr 19:07

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.