4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Bakı Avropa Parlamentinin qətnaməsini rədd edib

29 Fevral 2024 16:19
Bakı Avropa Parlamentinin qətnaməsini rədd edib

Bakı. AzerVoice:

Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik.

AzerVoice xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzrə qəbul edilmiş qətnamə ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.

Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.

Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.

Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək", - o qeyd edib.

Məqalədə: #Xarici İşlər Nazirliyi #Avropa Parlamenti

Mövzu üzrə digər xəbərlər

BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir
BƏƏ

BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

31 Avqust 14:55
Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib
Siyasət

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

28 Avqust 16:19
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49
Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib
Siyasət

Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

27 Avqust 15:51

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.