10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

4 Noyabr 2024 21:29
Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti

Bakı, AzerVoice

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

Dövlət Komitəsindən AzerVoice-a bildirilib ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Ramin Məmmədov ölkəmizin multikultural mühiti haqqında danışıb.

Bildirib ki, tarixən tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolu olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.

Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.

Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində “Dünya dinləri yaşıl planet naminə” devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir - Klaudio Qucerotti
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Vatikan

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.