Bakı, AzerVoice
İranda Əhvaz ərəblərinə qarsı repressiyalar davam edir və təssüflər olsun ki ,bu müxtəlif ittihamlar adı altdında edilir.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, Londondan İran-Ərəb məsələlərində ixtisaslaşmış siyasətçi Danyal əl-Əhvazi bildirb.
“Bilindiyi kimi, 1925-ci ildə İran Britaniyanın da dəstəyi ilə, Əhvaz bölgəsini işğal edib və bu bölgədə olan Kəbi dövlətinə son qoyulub. Kəbi dövlətinin sonuncu hökmdarı Xəzəl bin Cabir Əl-Kəb Tehrana aparılıb və burada edam edilib. Əslində Əhvaz bölgəsi neft baxımından çox zəngin bir bölgədir, çünki dünya neftinin 10 faizi, İran neftinin isə demək olar ki, 85 faizi, Əhvaz bölgəsindən hasil edilir”-deyə o bildirib.
O qeyd edib ki, Əhvazın işğalından sonra, hətta şah dönəmində belə, sonradan İran adlandırılcaq bu bölgədə, siyasi, mədəni tarixi müstəvidə fars imperializminin möhkəmlənməsi istiqamətində ciddi siyasi addımlar atılıb.
“ Bu siyasətə zamanıda “Vahid kimlik və vahid dil” siyasəti deyilirdi. Bu siyasət sadəcə Əhvaz ərəblərinə qarşı deyil, bu ərzisində yaşayan digər xalqlara qarşıda aparılıb. Bölgənin adı 1936-ci ildə dəyişdirilək İran edildikdən sonra bu siyasət daha da güclənib”-deyə əl-Əhvazi əlavə edib.
Onun sözlərinə görə, fars rejiminin tətbiq etdiyi siyasət bölgədə demoqrafik dəyişiklikləri hədəfləyirdi.
“İran adlandırılan ərazidə yaşayan istər əhvaz ərəbləri olsun,
istər tüklər istərsə də digərlərinə ana dilində danışmaq, təhsil
lamaq qadağan edilib. Farslar burda yaşayan bütün xalqlara hər
zaman üstdən aşaöı baxıblar və hələ də “Farsın üstünlüyü” fikri
geniş şəkildə vüsət almaqdadır”-deyə siyasi çərhçi bildiirb.
O qeyd ebib ki, hal hazırda minlərlə əhvaz ərəbi və eləcə də öz
hüququnu tələb edən digər millətlərin nümayəndələri rejimin
həbsxanalarında saxlanılır və onlara müxtəlif usüllarla işkəncə
verilib.
“İran konstutusiyasına nəzər salsaq onun İslam qaydalanına eləcə
də insan hüquqlarıan ciddi ziddiyyət təşkil etdiyini görə bilərik.
İran özünü İslam Respublikası adlandırır amma necə olur ki, qanuna
əsasən şiə olmayanlar dövlət vəzifəsinə təyin oluna bilməzlər. Becə
olur ki, İran bərabər hüquqdan danışır amma burda yaşayan müsəlman
xalqlar öz doğma dilində təhsil ala bilmir və bu da azmış kimi
onların dillərinin sitifadəsinə də qadağa var. Bu suallar İran
rəsmilərinin və mollalarının hələ də cavab verə bilmədiyi, daha
doğrusu vermək istəmədiyi məntiqi suallardır. Yerli xalqların
haqlarını ayaqlar altına atan “İslam Respublikası” qanunlarına necə
inanaq?”-deyə əl-Əhvazi qedy edib.
Siyasi ekspertin fikrincə,İran rejimi elə bir repressiv sistem
qurub ki,burda insanların mədəni, dini sosial hüquqlarını nəinki
tələb etməsi hətta bu haqda danışması belə dar ağacına aparan bir
cinayət hesab edilir.
“ İstər ərəb, istər türk, isətər sünni, istərsə də şiələr fərq etmir, kim öz haqlarını bu və ya digər şəkildə tələb edirsə, İnqilab məhkəmələri tərəfindən hazırlanan ittihamla üz-üzədir. Məhkəmələrdə insanların bir çoxu “mürtəd” ( dindən çıxmış) eittihamı ilə edam edilirlər”-deyə o əlavə edib.
Siyasi ekpertin sözlərinə görə, Əhvaz bölgəsinin İran tərəfindən
işğalından bu günə kimi, bölgədə İran əleyhinə müxtəlif siyasi və
hərbi partiya və qruplaşmalar olub və onlar fars rejiminə qarşı
mübarizə aparıblar.
“Əhvaz bölgəsində iran hakimiyyətinə qarşı ümumilikdə 19 hərbi
qiyam olub. Bölgədə Ərəbistan Azadlıq Cəbhəsi və Əhvaz Azadlıq
Cəbhəsi, adlı qruplaşma da olub ki, onlarda İrana qarşı ciddi
şəkildə müqavimət göstəriblər”-deyə o vurğulayıb.
Qeyd edək ki, Əhvaz bölgəsi İranda şəkər və qarğıdalı kimi kənd
təsərrüfatı bitkilərinin əsas istehsalçısıdır və Əhvaz bölgəsində
mövcud olan ehtiyatlar İranın milli məhsulunun təxminən yarısını və
ixrac dəyərinin 80%-dən çoxunu təşkil edir. Əhvaz böyük təbii neft,
kənd təsərrüfatı və su ehtiyatları ilə dünyanın ən zəngin
bölgələrindən biri hesab olunur.
Bu gün də İran Əhvazda ərəb olmayanların faizini artırmaqla və
Əhvaz bölgəsindəki şəhərlərin, qəsəbələrin, çayların və digər
coğrafi yerlərin orijinal ərəb adlarını dəyişdirərək əhalini
farslaşdırmağa çalışır .
Məsələn, Muhammara şəhəri farsca “yaşıl ölkə” mənasını verən Xürrəm
Şəhr adlandırıldı. Ərəb izlərinin dəyişməsi prosesi İranın
işğalından sonra Əhvazda həyatın bütün sahələrinə təsir etdi və
məqsədi fars mədəniyyətini tətbiq etmək idi .
Farsca danışmaqdan imtina edən yerli ərəblər Əhvazdan qovulur.