7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

COP29-un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı - “Financial Times”

Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günündə əldə olunan ilk böyük uğurdan – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.

12 Noyabr 2024 10:36
COP29-un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı - “Financial Times”

Bakı. AzerVoice

Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günündə əldə olunan ilk böyük uğurdan – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunmasından yazıb.

AzerVoice xəbər verir ki, “Financial Times” nəşrinin məqaləsində qeyd olunur:

“COP29 iqlim sammitində BMT-nin tullantılara dair qaydaları ilə idarə olunan çoxmilyardlıq karbon bazarlarının işə salınması ilə bağlı razılaşma əldə olundu. Ölkələr keçən həftə Donald Trampın seçilməsinə baxmayaraq, gələcəkdə də iqlim dəyişikliyi ilə mübarizənin davam edəcəyini göstərməyə çalışırlar. İlk danışıqlarda əldə edilən irəliləyiş COP29-un karbon emissiyalarını təmsil edən ticarət alətləri üçün qlobal bazarda qaydaları qəbul etməyə təkan verdi.

Karbon ticarəti digər maliyyə növləri üzrə sərt danışıqlar ərəfəsində COP29-a ev sahibliyi edən Azərbaycan üçün qalibiyyətlə, böyük çirkləndiricilərə emissiyalarını azaltmağa kömək etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ehtiyac duyacağı nağd pulun bir hissəsini toplaya bilər”.

Nüfuzlu Britaniya nəşri karbon data provayderi “Veyt” şirkətinin analitiki Fitri Vulandriyə istinadla yazır ki, bu, “COP29-da əməkdaşlıq və tərəqqinin nadir parlaq nöqtəsi” idi.

“Reuters” agentliyinin əməkdaşları Virginiya Furnett və Keyt Abnetin müəllifləri olduqları məqalədə qeyd olunur: “İki həftə davam edəcək COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər.

Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı. Donald Trumpın ABŞ seçkilərində qələbəsi gözləntiləri azaltsa da, hökumətlər iqlim maliyyəsi sazişini imzalamaq niyyətindədir”.

Məqalədə meksikalı iqlimşünas, hazırda “Abatable” şirkətinin məsləhətçisi Xuan Karlos Brunun sözlərinə istinadla qeyd olunur ki, karbon kreditləri nəzəri olaraq ölkələrə və ya şirkətlərə planetin istənilən yerində CO2 emissiyalarını azaldan və ya onu atmosferdən çıxaran layihələr üçün ödəniş etməyə və öz emissiyalarını kompensasiya etmək məqsədilə həmin layihələrin yaratdığı kreditlərdən istifadə etməyə imkan verir.

“Reuters” qeyd edir ki, qlobal karbon bazarlarını dəstəkləyən bir işçi qrupu olan Beynəlxalq Emissiya Ticarət Assosiasiyası BMT-nin dəstəklədiyi bazarda ümumi ticarətin 2030-cu ilə qədər ildə 250 milyard dollar qazana biləcəyini və hər il 5 milyard metrik ton karbon hasilatını azalda biləcəyini vurğulayıb.

“Bloomberg” agentliyinin müxbiri Con Eyngerin müəllifi olduğu materialda qeyd olunur ki, iqlim müzakirəçiləri COP29 iqlim sammitinin birinci günündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən idarə olunan qlobal karbon bazarı üçün qaydaları razılaşdırmaqla irəliləyişə nail oldular. Məqalədə vurğulanır: “Tərəfdarlar iddia edirlər ki, yeni bazar emissiya ticarəti üzrə “qızıl standart” təşkil edəcək, inkişaf etməkdə olan dünyada emissiyaların azaldılması layihələri üçün milyardlarla maliyyənin önünü açacaq. Əsasən varlı ölkələrdə olan alıcılar çirklənməni azaldan layihələrdən kredit almaqla öz iqlim məqsədlərinə çata biləcəklər.

2015-ci il Paris Sazişi çərçivəsində ilkin təkliflərdən sonra “Maddə 6.4” adlandırılan qaydalar, ölkələrin BMT-nin idarə etdiyi bazar vasitəsilə karbon kreditləri ilə necə ticarət etmələrini şərtləndirir.

“The Guardian” bu mühüm razılaşma ilə əlaqədar dərc etdiyi məqalədə COP29-un Prezidenti Muxtar Babayevin sözlərini sitat gətirir: “Biz bu müsbət məqamı alqışlayırıq. Bu, Bakıda aparacağımız bütün müzakirələrimizin uğuru üçün kompromis ruhudur”.

Məqalədə qeyd olunur: “Karbon bazarları iqlim siyasətində qütbləşdirici qüvvədir. Bu konsensusun tərəfdarları bildirirlər ki, o, planetin xilası üçün mühüm fondların yönəldilməsinə kömək edəcək. Karbon bazarı qaydalarına dair razılığa gəlmək səyləri - COP jarqonunda 6-cı maddə kimi tanınır”.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.