7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev arasında keçirilən görüşdə iqlim dəyişikliyi şəraitində mədəni irsin qorunması, ekoloji təhlükəsizlik və Türk dünyasının birgə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Türk xalqlarının təbiətə həssas yanaşmasını əks etdirən zəngin irsin beynəlxalq iqlim gündəliyinə inteqrasiyasının vacibliyini vurğulayıblar.

9 May 2026 18:54
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

BAKI,VOA

Görüş çərçivəsində tərəflər qlobal iqlim dəyişikliyi ilə mübarizədə mədəni irsin qorunması, ekoloji sahədə məlumatlılığın artırılması və Türk dünyasının bu istiqamətdəki birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

VOA xəbər verir ki,Görüş zamanı Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk xalqlarının zəngin maddi-mənəvi dəyərlərinin təbliği və mühafizəsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, ətraf mühitlə harmoniyanın Türk mədəniyyətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, COP29 kimi mötəbər bir tədbirin Bakıda keçirilməsinin bütün region üçün tarixi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüş zamanı tərəflər Astanada keçirilmiş Regional Ekoloji Sammitin (RES 2026) nəticələrinə xüsusi toxunublar. Aktotı Raimkulova qeyd edib ki, RES 2026 dünya ölkələri, o cümlədən Türk dövlətləri arasında ekoloji təhlükəsizlik və biomüxtəlifliyin qorunması istiqamətində mühüm bir dialoq meydanına çevrilib.

Cənab Muxtar Babayev iqlim dəyişikliyinin bu gün bəşəriyyətin üzləşdiyi ən ciddi sınaqlardan biri olduğunu qeyd edərək, bu problemin mədəni və ekoloji irsin davamlılığına birbaşa təsir etdiyini diqqətə çatdırıb. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə sadəcə texnoloji deyil, həm də dəyərlər sisteminə söykənən bir məsələdir.

Bu baxımdan, Türk xalqlarının təbiətə həssas münasibətini özündə birləşdirən zəngin irsinin beynəlxalq iqlim gündəliyinə inteqrasiya edilməsinin vacibliyi vurğulanıb.
Sonda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
Məqalədə: #COP29 #türkdünyası #biomüxtəliflik #MuxtarBabayev #AktotıRaimkulova #TürkMədəniyyətiVəİrsiFondu #İqlimDəyişikliyi #EkolojiTəhlükəsizlik #Mədəniİrs

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşüb
Siyasət

Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru ilə görüşüb

5 İyun 19:34
Okeanların "Ağ ölümü" - Mərcan riflərinin ağarması nədir?
Nə, necə, niyə? Elmi ensiklopediya

Okeanların "Ağ ölümü" - Mərcan riflərinin ağarması nədir?

17 May 18:00
Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Bakıda keçirildi
İqtisadiyyat

Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi Bakıda keçirildi

7 May 19:56

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.