15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin (parlament) deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Parlamentlərarası İttifaqın (Interparliamentary Union) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova İspaniyanın paytaxtı Madriddə beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin

12 Dekabr 2024 18:36
Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Milli Məclisinin (parlament) deputatı, İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Parlamentlərarası İttifaqın (Interparliamentary Union) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova İspaniyanın paytaxtı Madriddə beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalının təqdimat mərasimində iştirakı çərçivəsində İspaniya parlamentariləri ilə görüşüb.

AzerVoice xəbər verir ki, o, ATƏT-in Parlament Assambleyasındakı İspaniya nümayəndə heyətinin üzvləri – senator Pere Joan Pons Sampietro, deputatlar Rikardo Tarno Blanko və Artemi Rallo Lombarte, eləcə də vəkil İqnasiyo Qutyerres Kassilyasla görüşüb.

Bundan başqa, deputat Ramon Llull Universitetinin beynəlxalq münasibətlər üzrə professoru, doktor Jordi Şukla və İspaniya Deputatlar Konqresinin üzvü Aqustin Konde Baeno ilə məhsuldar görüşlər keçirib.

S. Mikayılova həmçinin, Azərbaycan və İspaniya arasında parlamentlərarası əlaqələrin aktual məsələlərini “VOX” siyasi qrupunun üzvü, Deputatlar Konqresinin beynəlxalq əlaqələr komitəsinin üzvü Karlos Flores Juberiya ilə müzakirə edib.

Görüşlər zamanı, xüsusilə, bu ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu təşkilatı vurğulanıb.

Bildirilib ki, Azərbaycanın sədrliyi ilə keçirilən bu konfransda qəbul edilən mühüm qərarlar iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal hədəflərin reallaşmasına əhəmiyyətli töhfə verəcək.

Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb Milli Məclisin deputatı Sevil Mikayılova Madriddə İspaniya parlamentariləri ilə görüşüb
Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Siyasət

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür

09:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

14 Sentyabr 09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00

Son Xəbərlər

Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
17:26
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
16:53
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
Bakı ilə Əbu-Dabi arasında strateji dərinləşmə: imzalanan sazişlər ikitərəfli əlaqələrə necə təkan verəcək?
16:51
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
“Emirates” Dubayda 11 yeni tərəfdaşlıq sazişi imzalayıb
16:46
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
BƏƏ və Almaniya su qıtlığına qarşı əməkdaşlığı gücləndirir
16:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.