10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi vəzifə müddətinin başa çatması ilə əlaqədar paylaşım edib

Azərbaycan və ABŞ arasındakı tərəfdaşlıq əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcəyin təməlini qoyub.

18 Yanvar 2025 13:12
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi vəzifə müddətinin başa çatması ilə əlaqədar paylaşım edib

Bakı, AzerVoice

Azərbaycan və ABŞ arasındakı tərəfdaşlıq əlamətdar tərəqqiyə çatıb və dayanıqlı gələcəyin təməlini qoyub.

AzerVoice xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu vəzifədə müddətinin başa çatması ilə əlaqədar sosial şəbəkə hesabında paylaşdığı vida mesajında bildirib.

“Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan Əsrin Müqaviləsindən keçənilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ-Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub”, - deyə o bildirib.

Səfir qeyd edib ki, ABŞ Azərbaycanda mina təhdidləri ilə mübarizəyə əhəmiyyətli miqdarda resurslar yönəldib.

“Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Səfirlik azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik”, - deyə amerikalı diplomat bildirib.

“Və son olaraq, insanlararası əlaqələrdə olduqca böyük inkişafın şahidi olmuşuq. Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələrin sayının sürətli artımı, köçkünlər və digər az imkansız əhali qruplarına İngilis dilinin tədrisi proqramları vasitəsilə xalqlarımız arasındakı dostluğun davamlı olduğunu və inkişaf etdiyini sübuta yetirmişik.

Hər şeydən daha çox bu məndə münasibətlərimizin gələcəyinə dair böyük ümidlər doğurur. Ailəmi və məni qonaq etdiyiniz üçün sizə təşəkkür edirəm, Azərbaycan.Qonaqpərvərliyiniz və yaradıcılıq enerjiniz üçün sizə minnətdaram, Azərbaycan. Danusia və mən bu möhtəşəm ölkə üçün darıxacağıq. Qarşıdan gələn illərdə Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və rifah arzulayırıq”, - deyə səfir mesajını sona çatdırıb.

Məqalədə: #Azərbaycan #ABŞ #Mark Libbi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.