9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib

13 Fevral 2025 16:22
Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib

Bakı, AzerVoice

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığı ilə fevralın 12-də Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Hazırlıq Komitəsinin (15SWSP) iclasında çıxış edib.

AzerVoice xəbər verir ki, S.Mikayılova çıxışında dünya ölkələrinin parlamentlərinin işinə inklüziv və çoxtərəfli yanaşmanın vacibliyini vurğulayaraq, gənc parlamentarilərin daha fəal iştirakının vacibliyini qeyd edib.

Bununla bağlı deputat IPU-nun iyulun 28-də keçiriləcək sammitində iştirak edəcək milli nümayəndə heyətlərinin tərkibinə ən azı bir gənc parlamentarinin daxil edilməsi təklifi irəli sürüb. Bu təklif qəbul edilib.

Bundan əlavə, S.Mikayılova qadınların dünya siyasətində kifayət qədər təmsil olunmaması problemini və qadın siyasətçilərin rolunun artırılması üçün tədbirlərin görülməsinin zəruriliyini qeyd edib. Millət vəkili xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uğurlu fəaliyyətinin nümunəsinə diqqət çəkib.

Eyni zamanda, S.Mikayılova çıxışında Azərbaycanın gender bərabərliyi istiqamətində mühüm irəliləyişlər əldə etdiyini vurğulayaraq, Azərbaycan parlamentində qadın deputatların geniş təmsil olunduğunu, spiker vəzifəsində çalışanın da məhz qadın olduğunu qeyd edib.

İclasda Qadın Parlament Spikerlərinin Sammitinə Hazırlıq Komitəsinin 18 oktyabr 2024-cü il tarixində keçirilmiş ikinci iclasının hesabatı təsdiq edilib, iyulun 28-də Cenevrədə keçiriləcək Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilati parametrlərinin yenilənmiş variantı razılaşdırılıb. Bundan əlavə, Sammitin ilkin proqramı təsdiq edilib. Əsas məruzəçilər və panelistlər kimi dəvət edilməsi planlaşdırılan xüsusi qonaqların siyahısı da nəzərdən keçirilib. Hazırlıq Komitəsinin məqsədlərinə uyğun olaraq, Parlament Spikerlərinin VI Dünya Konfransının (6WCSP) prosesinə, gündəliyinə və nəticələrinə gender bərabərliyi prinsiplərinin inteqrasiyası yollarına dair müzakirə aparılıb.

İclas bu gün öz işini davam etdirəcək.

Qeyd edək ki, Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdədirlər.

Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçının qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaq.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib Sevil Mikayılova Nyu-Yorkda Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin iclasında çıxış edib
Məqalədə: #Milli Məclis #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.