14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19 Mart 2025 14:37
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

Bakı,AzerVoice

Süni intellekt və məlumat idarəetməsi sahəsində mütəxəssislərin hazırlanması, həmçinin dövlət orqanlarının (qurumlarının) rəhbər heyətinin bu sahədə biliklərinin təkmilləşdirilməsi üçün təşkil olunan təlim və inkişaf proqramlarında təlimçilərin məhdud sayda olması və ya kifayət qədər hazırlıqlı olmaması yerli kadrların bilik səviyyəsinin yüksəlməsinə mane ola və sahəyə marağı azalda bilər. Bu riskin neytrallaşdırılması və proqramların keyfiyyətinin artırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması və nüfuzlu xarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur.

AzerVoice xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda öz əksini tapıb.

Bildirilib ki, həmin tədbirlər yerli kadr potensialını gücləndirəcək, sahəyə olan marağı artıracaq və inkişafı sürətləndirəcək.

Vurğulanıb ki, sənaye ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlıq və əlaqələndirmənin zəif olması, sənaye sektorunun süni intellekt texnologiyalarına maraq göstərməməsi nəticəsində peşəkar kadrların bilik və bacarıqlarını real mühitdə tətbiq etmək imkanları məhdudlaşa bilər ki, beləliklə də kadrların formalaşması və inkişafı ləngiyər. Bundan əlavə, süni intellektdən biznesdə real istifadəyə dair praktiki nümunələrin azlığı gənc mütəxəssislərin bu sahəyə marağının azalmasına səbəb ola bilər. Bu riskin aradan qaldırılması üçün yaradılması nəzərdə tutulan Süni İntellekt Akademiyası, sənaye və dövlət orqanları (qurumları) arasında sıx əməkdaşlığın qurulması və süni intellektin biznes üçün yaratdığı imkanlar barədə geniş məlumatlandırma aparılması planlaşdırılır.

Qeyd edilib ki, texnoloji infrastrukturun qeyri-kafi olması və innovasiya üçün əlverişli mühitin yaradılmaması süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi qarşısında dayanan çox ciddi risklərdən biridir. Süni intellektin effektiv tətbiqi üçün güclü və müasir texnoloji infrastruktura ehtiyac var. Bu infrastrukturun olmaması və ya zəif olması layihələrin uğurla icrasını çətinləşdirə bilər. Bu riski neytrallaşdırmaq üçün süni intellektə uyğun yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi və müasirləşdirilməsi üçün əlavə sərmayələr qoyulması nəzərdə tutulur. Həmçinin, texnoloji mühitin inkişafı məqsədilə pilot layihələrin sənaye infrastrukturlarında real olaraq tətbiq edilməsi, innovasiya mərkəzlərinin, Süni İntellekt Akademiyasının və laboratoriyaların inkişaf etdirilməsi, startaplara dəstək proqramlarının təşkil olunması planlaşdırılır.

Bütün bunlarla əlaqədar Süni İntellekt Akademiyasının fəaliyyətə başlaması İnteraktiv tədris platformasının istifadəyə verilməsi, yarışma platformasının istifadəyə verilməsi, ictimaiyyətin süni intellekt mövzusunda bilik səviyyəsini artırmaq məqsədilə ehtiyacların müəyyən edilməsi planlanır.

Həmçinin Süni İntellekt Akademiyasının fəaliyyəti çərçivəsində ən azı 2 nüfuzlu xarici universitetlə (dünya reytinqində ilk 10 pillədə qərarlaşan) süni intellektin tədrisi sahəsində əməkdaşlığın təmin edilməsi, süni intellektlə bağlı məlumat və resurslar üçün platformanın yaradılması nəzərdə tutulur.

Bundan əlavə, süni intellekt sahəsində 500 mühəndisin yetişdirilməsi 3000 nəfərlik süni intellekt icmasının formalaşdırılması, müxtəlif dövlət orqanlarından (qurumlarından) 500 əməkdaşın “Menecerlər üçün süni intellekt” təlimlərindən məzun olması, interaktiv tədris platformasında istifadəçilərin sayının 10 minə çatdırılması, yarışma platformasında ümumilikdə 1000 istifadəçi ilə 10 yarışmanın keçirilməsi hədəflənir.

Məqalədə: #Süni İntellekt Akademiyası #Yerli süni intellekt mütəxəssislərinin hazırlanması #Dövlət orqanları və sənaye arasında süni intellekt əlaqələndirməsi #Süni intellekt laboratoriyaları və innovasiya mərkəzləri

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

11 Sentyabr 08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
İordaniya və Fransa hərbi əməkdaşlığı gücləndirir
15:29
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.