9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

İkinci Qarabağ müharibəsindən sonra 387 Azərbaycan vətəndaşı minaların qurbanı olub - XİN

2 Aprel 2025 17:48
İkinci Qarabağ müharibəsindən sonra 387 Azərbaycan vətəndaşı minaların qurbanı olub - XİN

BAKI,AzerVoice

İkinci Qarabağ müharibəsindən sonra 387 Azərbaycan vətəndaşı minaların qurbanı olub.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Resbpulikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

"Ermənistan tərəfindən qəsdən basdırılmış minalar Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini və rifahını təhlükə altına almaqda davam edir. Bu gün Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci il müharibəsinin bitməsindən indiyədək minalarla çirklənmə nəticəsində ümumilikdə 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Minalarla çirklənmə regionda sülh, barışıq və sabitliyə əsas maneə yaradır. Biz beynəlxalq ictimaiyyəti bu kritik problemin həllində siyasi və praktiki dəstək verməyə çağırırıq", - deyə paylaşımda deyilir.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.

1968-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Nurəddin Feyzi oğlu heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə: #Azərbaycan XİN #İkinci Qarabağ müharibəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.